Azərbaycan millisinin əməliyyat olunan voleybolçusu mövsümü başa vurub

Azərbaycan millisinin əməliyyat olunan voleybolçusu mövsümü başa vurub

Azərbaycan millisinin və "Xarı Bülbül" klubunun əməliyyat olunan voleybolçusu Tural Həsənli mövsümü başa vurub.

Bu barədə "QELEBE.AZ"a Şuşa təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov məlumat verib.

Mütəxəssis 33 yaşlı oyunçunun yalnız növbəti mövsümə hazır olacağını vurğulayıb: "Çünki ağır əməliyyat keçirdi. Biz xəstəxanaya çatdıranda həkimlər deyirdi ki, 15-20 dəqiqə gec gətirsəydiniz, onu itirə bilərdik. Əməliyyata götürüləndə bizdən izahat aldılar. Həmin vaxt bildirdilər ki, həyatda qalma ehtimalı 20 faizdir".

Rəcəbov dünən voleybolçunun yanında olduğunu söyləyib: "Hazırda yaxşıdır, səhhətində irəliləyiş var. Təxminən bir həftə xəstəxanada qalacaq. Daha sonra evə buraxılacağı gözlənilir. Bir sözlə, gedişat yaxşıya doğrudur".

33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb. Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.

Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub