Azərbaycan millisinin sabiq futbolçusu: "Əcnəbi baş məşqçilərin nəticələrini görməmişik"

Azərbaycan millisinin sabiq futbolçusu: "Əcnəbi baş məşqçilərin nəticələrini görməmişik"

"İndiyədək yığmada əcnəbi baş məşqçilərin heç birinin nəticəsini görməmişik. Əksəriyyətinin müəyyən vaxtlarda qələbələri olub. Amma bu, nəticə demək deyil".

Bu fikirləri "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Nadir Nəbiyev deyib.

43 yaşlı sabiq hücumçu yığmada yerli mütəxəssisin işləməsinin tərəfdarı olduğunu bildirib: "Komandaya azərbaycanlı baş məşqçinin gətirilməsi daha yaxşı olar. Amma ona vaxt vermək lazımdır və planlı şəkildə iş görülməlidir".

Nəbiyev italiyalı mütəxəssis Canni De Byazinin dönəmində də nəticə qazana bilmədiyimizi söyləyib: "Düzünü desək, millimiz Belçikaya uduzduğu (0:5) matçdan əvvəlki üç qarşılaşmada yaxşı çıxış edib, göz oxşayıb. Mən hazırkı heyətin ən yaxşılardan biri olduğunu deyə bilməyəcəyəm. Sadacə, nisbətən cavandırlar. Bu komanda ilə indikindən daha yaxşı uğurlara imza atmaq olardı".

Hazırda “Turan Tovuz”un icraçı direktoru olan N.Nəbiyev yığmaya layiq gördüyü yerli baş məşqçilərin adlarını da açıqlayıb: "Bu dəqiqə kimdən soruşsaq, hamı Qurban Qurbanovu deyəcək. Amma inanmıram ki, o, yenidən milliyə qayıtsın. Bəlkə də ola bilər. Samir Abasov, Rəşad Sadıqov, Ayxan Abbasov da ilk ağıla gələnlərdir. Ən azından yerli mütəxəssis gəlsə, hamımız ona dəstək olmalıyıq".

O, Azərbaycanda ilk növbədə uşaq futboluna diqqət ayrılmalı olduğunu vurğulayıb: "Meydanlar yaxşı vəziyyətdə deyil. Bizim vaxtımızda belə şeylər olmurdu. 13-14 yaşlı uşaqların dizlərində problemlər var. Hamısı süni örtüklə bağlıdır. 14 yaşında karyerasını bitirməyə məcbur qalan da var. Əslində, bu yaşda belə olmamalıdır. Uşaq futbolundakı şəraitə, meydanlara önəm vermək lazımdır. Süni örtüklərin böyük əksəriyyəti çox pis vəziyyətdədir. Məqsəd qoyulursa, planlı olmalıdır. Hər şeyə köklü formada nəzər yetirmək lazımdır".

Qeyd edək ki, Nadir Nəbiyev 2002 - 2006-cı illərdə 27 dəfə Azərbaycan yığmasının formasını geyinib.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
Portuqaliyalı futzalçı Azərbaycan millisinin sabiq kapitanının rekordunu təkrarlayıb

Portuqaliyalı futzalçı Azərbaycan millisinin sabiq kapitanının rekordunu təkrarlayıb

Futbol
"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

Futbol
“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

Futbol
Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"