“Sabah”ın idman direktoru: “Avrokuboklardakı çıxışımız Azərbaycan basketbolu üçün uğurlu oldu”

“Sabah”ın idman direktoru: “Avrokuboklardakı çıxışımız Azərbaycan basketbolu üçün uğurlu oldu”

“Avrokuboklardakı çıxışımız Azərbaycan basketbolu üçün uğurlu oldu”.

Bunu “Report”a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FIBA Avropa Kubokundakı çıxışlarına münasibət bildirərkən deyib.

Klub rəsmisi müntəzəm mövsümdə yer aldıqları qrupdakı çıxışlarını dəyərləndirib. O, güclü rəqiblərlə üz-üzə gəldiklərini etiraf edib: “Uzunmüddətli fasilədən sonra Azərbaycan klubu avrokuboklarda çıxış edirdi. Bu missiya ötən il yaranan “Sabah”ın üzərinə düşdü. Gənc komanda olmağımıza baxmayaraq, Avropa arenasındakı birinci mərhələni uğurla başa vurduq. 3 qələbə ilə növbəti raunda adladıq. Müntəzəm çempionatda güclü rəqiblərlə qarşılaşdıq. Xüsusən də Türkiyənin “Bağçaşəhər” və Çexiyanın “Nimburk” klubu çox güclü idilər. Sevindirici hal odur ki, bu komandalarla rəqabət apara bildik. Monteneqro “Mornar”ına səfərdə uduzsaq da, evdə qələbə qazanmağı bacardıq. Qrupun ən güclüsü “Bağçaşəhər” idi, sonda da birinci yeri tutdu”.

Elşən Yusubovun fikrincə, “Sabah”ın ilk mövsümündə təsnifat mərhələsini adlaması uğur sayılmalıdır: “Hesab edirəm ki, bu mərhələyə qədər gəlməyimiz uğur idi. “Nimburk”la səfər matçında böyük fərqlə uduzmuşduq. Ancaq evdəki görüşdə hətta qələbə qazanmaq imkanımız da yarandı. Nəzərə alaq ki, Artyoms Butyankovsun zədəsi var idi. Bunlar da onu göstərir ki, komandamız getdikcə təcrübəsini artırır və daha yaxşı çıxış edir. Topladığımız təcrübəyə əsasən və bundan sonra düzgün seçimlərlə nəticəni daha da yaxşılaşdırmaq olar”.

Qeyd edək ki, “Sabah” təsnifat mərhələsinin A qrupunda keçirdiyi hər üç oyunda qələbə qazanaraq birinci yeri tutub. Boban Mitevin komandası müntəzəm mövsümün D qrupunda isə 7 xalla üçüncü olub.

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”