Azərbaycan millisinin məşqçisi: “Canni De Byazi qalmaq istəyirdi”

Azərbaycan millisinin məşqçisi: “Canni De Byazi qalmaq istəyirdi”

“De Byazinin gedişi mənim üçün sürpriz oldu. Çünki burada qalmaq, işinin davamını gətirmək istəyirdi”.

Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov baş məşqçi postundan ayrılan Canni De Byazi barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis italiyalı çalışdırıcının gedişinə üzüldüyünü etiraf edib: “Üç ilə yaxın bir yerdə çalışdıq. Hər şeyi bir yerdə müzakirə edirdik, birgə qərar verirdik. De Byazinin yeni gəldiyi vaxtla indikini müqayisə etsək, fikrimcə, komandada yaxşıya doğru dəyişiklik var idi”.

A.Əsədov həmkarının AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə son matçın ardından azərbaycanlı jurnalistlər barədə nalayiq fikirlər səsləndirməsinə də münasibət bildirib: “De Byazinin dünənki müsahibəsindən belə anlaşılır ki, bütün jurnalistləri nəzərdə tutmur. Ancaq istənilən halda bu cür danışmaq yolverilməzdir”.

O, milliyə yerli baş məşqçinin təyin olunmasının tərəfdarıdır: “İstənilən yerli məşqçi üçün bu, böyük şərəfdir. Əlbəttə, hamı kimi, mənim üçün də bu, qürur olar. Uzun müddətdir burada olduğum üçün milliyə yaxşı bələdəm. Amma istənilən qərara hörmətlə yanaşacağam”.

Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Yığma AVRO-2024-ün seçmə mərhələsində 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub.

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

Futbol
Azərbaycanda işləmiş mütəxəssis İngiltərə klubunun müvəqqəti baş məşqçisi olub

Azərbaycanda işləmiş mütəxəssis İngiltərə klubunun müvəqqəti baş məşqçisi olub

Futbol
Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

Futbol
Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər

FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər