Qubada olimpiya idman növləri üzrə “İdman festivalı 2023”ün açılış mərasimi keçirilib

Qubada olimpiya idman növləri üzrə “İdman festivalı 2023”ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qubada keçirilən olimpiya idman növləri üzrə “İdman festivalı 2023”ün açılış mərasimi olub.

“QELEBE.AZ”un Şimal bürosunun məlumatına görə, beş gün davam edəcək tədbirin açılış mərasiminə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdir müavini Nicat Həsənov və Quba rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova qatılıblar.

Yarışa 23 idman növü üzrə 13-15 yaşlı 168 idmançı, həmçinin, 18 məşqçi, qatılıblar. Festivalda Türkiyə və Keniyadan gələn idmançılar da iştirak edirlər.

İlk olaraq çıxış edən Səidə Abasova Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlərin həyata keçirildiyini deyib: “Ölkəmizdə olimpiya hərəkatı uğurla və sürətlə inkişaf etdirilir. Sayca ikinci olan, Qubada isə ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. İdmançılarımız artıq xarici ölkələrdə bizi müzəffər xalq kimi təmsil edirlər. Gənclərmizin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmaları bizim üçün çox önəmlidir”.

Nicat Həsənov da idmançıların daim dövlətin qayğısını hiss etdiklərini diqqətə çatdırıb: “Ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar hər zaman hiss edirlər. Bu qayğı idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən irimiqyaslı yarışlardan, idmançılarımızın beynəlxalq arenalarda təmsil olunmalarından və bir çox amillərdən hiss olunur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançıların peşəkarlıq səviyyələrinin artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”.

Ardından idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçirilib. Eyni zamanda Qubaya ekskursiya təşkil olunub. Bu gün və noyabrın 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılacaqlar.

Qeyd edək ki, ilk festival 2022-ci ildə Şəkidə keçirilib. Orada 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak etmişdi.

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub