Əfran İsmayılov: “Bu, ənənəvi hal alarsa, daha yaxşı olar”

Əfran İsmayılov: “Bu, ənənəvi hal alarsa, daha yaxşı olar”

“Bu, ənənəvi hal alarsa, daha yaxşı olar”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov AVRO-2024-ün seçmə mərhələsində keçirilən Azərbaycan – İsveç oyunundan əvvəl ölkə futbolunundakı xidmətlərinə görə təltif edilmələri ilə bağlı danışarkən deyib.

35 yaşlı sabiq yarımmüdafiəçi gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev tərəfindən rəmzi olaraq qızılı rəngdə çərçivəyə salınan Azərbaycan millisinin forması və xüsusi hədiyyə almasına münasibət bildirib: “AFFA millinin əvvəlki oyunlarında olduğu kimi, bu dəfə də “Sky-box” üçün bilet vermişdi. Dedilər ki, matçdan əvvəl təltifetmə olacaq. Ancaq nə olacağını bilmirdik. Xidmətimizi dəyərləndirmələri, yaddan çıxarmamaları sevindirici haldır. Bununla veteranları yaddan çıxarmadıqlarını göstərirlər”.

Ə.İsmayılov yığma komandalarda çalışmaq arzusunda olduğunu gizlətməyib: “Millilərdə işləmək, Azərbaycan futboluna töhfə vermək hamımızın arzusudur. Millidə, klublarda oynamışıq, futbolun içində olan insanlarıq. Təltif edilənlər də öz sözlərini demiş futbolçulardır. Bundan sonra istər klublara, istərsə də milliyə xeyir verməyə çalışacağıq”.

Qeyd edək ki, Əfran İsmayılov 2010-2018-ci illərdə Azərbaycan millisinin heyətində 40 oyunda 5 qol vurub. AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi 7 oyuna 7 xal toplayan komandamız F qrupunda 4-cü pillədə qərarlaşıb. Canni De Byazinin yetirmələri qrupda son görüşü noyabrın 19-da Brüsseldə Belçikaya qarşı keçirəcəklər.

Futbol
Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib

Futbol
Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Regekampf "Neftçi"ni Rumıniya klubuna dəyişə bilər

Futbol
Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib

Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib

Futbol
Mahir Emreli: "Qələbəyə layiq idik"

Mahir Emreli: "Qələbəyə layiq idik"

Futbol
Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Futbol
"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
Pele yenidən xəstəxanaya yerləşdirilib

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

Futbol
"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA