Milli Atçılıq Festivalında cıdır və yorğa yarışları keçirilib

Milli Atçılıq Festivalında cıdır və yorğa yarışları keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalının 3-cü günündə cıdır və yorğa yarışları keçirilib.

“Report”un məlumatına görə, Binə Atçılıq Mərkəzində baş tutan yarışda 5-i Qarabağ və Dilbaz atlarının qaçışları və 6-sı yorğa yarışları olmaqla ümumilikdə 11 kubok uğrunda mübarizə aparılıb.

Qaçışlar 1000, 1400, 1600, 1800, 2000, 2400 və 3200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunub.

Qaçışların nəticələri aşağıdakı kimi olub:

1. 1600 metr məsafədə: dayçalar arasında yorğa qaçışı – “Kəlbəcər Kuboku”, qalib atın adı Sultan, sahibi Müşviq Əliyev, çaparı Əli Məmmədov - Bakı şəhərini və Binə Atçılıq Mərkəzini təmsil edib;

2. 2000 metr məsafədə: erkək və dişi Qarabağ atları arasında cıdır yarışı – “Zəngilan Kuboku”, qalib atın adı Spartak, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

3. 1600 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Laçın Kuboku”, qalib atın adı Tərtər, sahibi və çaparı Nurlan İmamverdiyev, Bakı şəhərini və Maştağa kəndini təmsil edib;

4. 2000 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Füzuli Kuboku”, qalib atın adı Luna, sahibi və məşqçisi Fəxrəddin Atayev, çaparı Vüsal Nəzərov;

5. 1800 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Qubadlı Kuboku”, qalib atın adı Sarıat, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib;

6. 1800 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Cəbrayıl Kuboku”, qalib atın adı Nil, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

7. 2400 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdam Kuboku”, qalib atın adı Ağçınqıl, sahibi Samir Abbasov, çaparı Xəlil Allahverdiyev, Gəncə şəhərini və Yurd Atçılıq Klubunu təmsil edib;

8. 1400 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Xocavənd Kuboku”, qalib atın adı Bayraktar, sahibi Rəşad Əhmədov, çaparı Orxanbəy Hacıyev, məşqçisi Ramiz İbrahimov;

9. 3200 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdərə Kuboku”, qalib atın adı Püsat, sahibi və çaparı Ceyhun Cabbarov, Bərdə rayonunu təmsil edib;

10. 1000 metr məsafədə: erkək, dişi və axta Qarabağ atları arasında cıdır yarışı – “Şuşa Kuboku”, qalib atın adı Dül-dül, sahibi Sərhədçi Atçılıq Klubu, çaparı Orxan Cəfərov, məşqçisi İmran Əhmədli;

11. 2000 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Xankəndi Kuboku”, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib.

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

Fərdi
V1 Challenge Bakı Kuboku keçirilib

V1 Challenge Bakı Kuboku keçirilib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub