Milli Paralimpiya Komitəsinin prezidenti yığma üzvləri ilə görüşüb

Milli Paralimpiya Komitəsinin prezidenti yığma üzvləri ilə görüşüb

Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev Azərbaycanın para-taekvondo yığmasının üzvləri ilə görüşüb.

“Report” xəbər verir ki, baş məşqçi Fərid Tağızadə, məşqçi Yaşar Səfərov, milli üzvləri İmaməddin Xəlilov, Sabir Zeynalov, Röyalə Fətəliyeva, Amin Şıxəliyev, Orxan Cəfərov və kapitan Əbülfəz Abuzərlinin iştirak etdiyi görüşdə komitə prezidenti dünya, Avropa çempionatlarının və Qran-pri yarışının uğurlu keçdiyini bildirib.

H.Abdullayev Avropa və dünya çempionatından qızıl medalla qayıdan İmaməddin Xəlilov və Əbülfəz Abuzərlini xüsusilə təbrik edib, komandanın hazırkı fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.

Baş məşqçi Fərid Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, buna baxmayaraq, komandanın əsas məqsədə nail olduğunu qeyd edib. Əsas hədəfin Paris-2024 XVII Yay Paralimpiya Oyunları olduğunu deyən mütəxəssis komanda üzvlərinin növbəti yarışa yüksək motivasiya ilə hazırlaşdıqlarını bildirib.

Görüş zamanı qarşıdakı turnirlərə hazırlıqla bağlı danışılıb və Komitə rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.

Qeyd edək ki, avqustda Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatını parataekvondo komandamız 2 qızıl, 1 gümüş, 2 bürünc, sentyabrda baş tutan dünya çempionatını isə 1 qızıl, 1 bürünc medal ilə başa vurub.

Parataekvondoçular 29 noyabr - 3 dekabr tarixlərində İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-pri turnirinin final mərhələsində iştirak edəcəklər.

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Fərdi
Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır