Tofiq Musayev: “UFC ilə müqavilə bağlasam belə, vida döyüşüm “Rizin”də olacaq”

Tofiq Musayev: “UFC ilə müqavilə bağlasam belə, vida döyüşüm “Rizin”də olacaq”

“UFC ilə müqavilə bağlasam belə, vida döyüşüm “Rizin”də olacaq”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Tofiq Musayev “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

33 yaşlı döyüşçü yaponiyalı Toji Takeda ilə keçirəcəyi görüşə hazır olduğunu bildirib: “Hazırlığımız yüksək səviyyədə keçir. Yarışa tam hazırıq. Gündəlik məşqlərimiz davam edir. Artıq çəkisalma prosesindəyik”.

MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuş idmançı rəqibi barədə müsbət fikirlər səsləndirib: “Rəqibim “Rizin”in Top-5-ində olan idmançıdır. Amma bu heç nəyi dəyişmir. Xarakterli idmançıdır. Düşünürəm ki, Azərbaycan publikası üçün maraqlı döyüş olacaq. Bakıda çıxış etdiyimiz üçün məsuliyyət daha böyükdür. 10 ildən çoxdur ki, Azərbaycanda döyüşmürəm. Azarkeşlərə maraqlı, yaddaqalan döyüş göstərməyə çalışacağam".

T.Musayev yaponiyalı idmançı ilə istənilən formada döyüşməyə hazır olduğunu söyləyib: “Hər şey döyüşün gedişatından asılı olacaq. Taktikanı dəyişə də bilərik. Hətta görüş erkən də bitə bilər. Ona qarşı xüsusi planım var. Bunu da döyüş vaxtı göstərəcəyəm. İlk raunddan üstünlüyü ələ almağa çalışacağam. Çox danışmağı xoşlamıram. Rəqib döyüşlə bağlı paylaşım edib. Cavabını alacaq. Qolum da qırılsa, yalnız qələbə qazanmağı düşünəcəyəm”.

Təcrübəli döyüşçü Yaponiyanı çox sevdiyini söyləyib: “Yaponiya ikinci doğma vətənimdir. Orada mənə qarşı isti münasibət hiss etmişəm. Ancaq öz vətənində çıxış etmək tam fərqlidir”.

Dünya çempionu hələ karyerasını bitirmək barədə fikirləşmir: “Az yaşım yoxdur. Amma idmana başlayanda yaşı düşünməmişəm. Hələ vuruşacağam, karyeramı bitirməyi düşünmürəm. Azərbaycanın MMA tarixində iz qoymuş idmançı kimi deyə bilərəm ki, bu ölkəyə hələ lazımam. Özümüzdən sonra gəncləri yetişdirdikdən sonra karyeramı bitirmək barədə düşünəcəyəm. Bir insanın keçmişi yoxdursa, gələcəyi də ola bilməz. “Rizin”də tanınmışamsa, burada da karyeramı bitirəcəyəm”.

Qeyd edək ki, Tofiq Musayevlə Toji Takeda arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib