İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir” - MÜSAHİBƏ

İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir” - MÜSAHİBƏ

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Olimpiadanın gümüş mükafatçısı 2018 və 2021-ci illərdən sonra yenidən bu titula yiyələnərək, üçqat dünya çempionu olub.

27 yaşlı idmançı karyerası ərzində həmçinin 2 dəfə Avropa çempionu olub, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının hərəsini 2 dəfə qazanıb.

İrina Zaretska “Report”a müsahibəsində mundialla bağlı təəssüratlarını bölüşüb.

- Ardıcıl 3-cü dəfə dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?
- Bu, mənim üçün tarixdir! Bu səviyyəyə və nəticəyə nail olduğuma görə inanılmaz dərəcədə xoşbəxtəm. Ardıcıl 3 dəfə dünya çempionu olmaq təsadüfi deyil. Bu, nə qədər iş görüldüyünü və hansı nizam-intizamın olduğunu göstərir. Çünki karatedə dünya çempionatı 2 ildən bir keçirilir.

- Ən çətin görüşünüz hansı oldu?
- Əlbəttə ki, ən vacib döyüşlər yarımfinal və finalda oldu. Çünki həmin mərhələlərdə artıq hər şeyini ortaya qoymalı, son saniyəyə qədər döyüşməlisən.

- Son vaxtlar karatedə maliyyə problemləri yaşanır. Yığmanın 18 nəfərlə qatıldğı mundialda cəmi 1 qızıl medal qazanmasını bununla əlaqələndirmək olar?
- Səbəb təkcə maliyyə problemi deyil, həmçinin komandanın idarə olunmasıdır. Təəssüf ki, bu il nədənsə bununla bağlı problem yaşayırıq.

- Karateyə başlayanda 3 dəfə dünya çempionu olacağınızı xəyal edirdiniz?
- Karateyə yeni başlayanda hətta normal danışa bilmirdim. Ancaq nə qədər irəli getsəniz, iştahınız bir o qədər artır. Mən həmişə ən yaxşı olmaq istəmişəm.

- Karate yalnız Tokio-2020-də olimpiadanın proqramına salındı və gümüş medal qazandınız. Karatenin olimpiya idman növü sayılmaması sizi üzmür?
- Karate ilə bağlı çox planlarım var. Bu idman növünün yaxın gələcəkdə olimpiadanın proqramına salınmaması məni çox təəssüfləndirir və incidir. Axı bizim böyük rəqabət içində olan möhtəşəm, kütləvi idman növümüz var. Fikrimcə, hətta olimpiya proqramındakı idman növlərindən də çox rəqabət hökm sürür. Buna baxmayaraq, Avropa, dünya səviyyəli yarışlar, İslam Həmrəyliyi Oyunları keçirilir. Yəni, biz varıq. Hesab edirəm ki, qarşıda duran vəzifələrdən biri Azərbaycanın dünyanın ən güclü 10 ölkəsi sırasında olduğu karateni inkişaf etdirməkdir. Təsadüfi deyil ki, karatenin yer aldığı ilk olimpiadada 2 gümüş medal qazandıq. Səhv etmirəmsə, bu, həmin vaxt olimpiadanın ən yaxşı nəticələrindən biri idi.

Fərdi
Baş katib: “Azərbaycan cüdosunda hazırda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Azərbaycan cüdosunda hazırda çatışmayan 3 əsas məqam var”

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub