Minifutbol üzrə dünya çempionatları: Azərbaycan və daha 7 komanda debütantdır - ARAŞDIRMA

Minifutbol üzrə dünya çempionatları: Azərbaycan və daha 7 komanda debütantdır - ARAŞDIRMA

Azərbaycan minifutbol millisinin debütantı olduğu dünya çempionatı 4-cü dəfə təşkil olunacaq.

“QELEBE.AZ”un məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yarışda 32 komanda 8 qrupda mübarizə aparacaq.

İlk dəfə 2015-ci ildə keçirilən dünya çempionatı əvvəlcə iki ildən bir təşkil olunurdu. 2015-ci ildə ABŞ, 2017-ci ildə Tunis, 2019-cu ildə isə Avstraliya mundiala evsahibliyi ediblər. Bu dəfə isə komandalar 4 illik fasilədən sonra mübarizə aparacaqlar. Əvvəlki mötəbər yarışlarda müvafiq olaraq 12, 24 və 32 milli çıxış edib.

ABŞ-da təşkil olunan ilk dünya çempionatında üçüncü yer uğrunda görüş olmadığından, yarımfinalçılar Braziliya ilə Rumıniya yığmaları bürünc mükafata yiyələniblər. Digər maraqlı məqam Meksikanın hər üç mundialda finala qədər irəliləməsi və üçüncü cəhddə dünya çempionu olmasıdır.

Birləşmiş Ərəb Əmirliklərində reallaşacaq yarışa qatılacaq komandalardan yalnız 5-i əvvəlki üç çempionatın hamısında iştirak edib. Bunlar Çexiya, Hindistan, Meksika, Rumıniya və ABŞ yığmalarıdır. İlk üç mundialda iştirak edən, hesabında 1 gümüş, 1 bürünc medal olan Braziliya isə bu dəfə turnirdən kənarda qalıb.

Azərbaycan yığması ilə yanaşı, Albaniya, Bolqarıstan, Misir, Gürcüstan, İrlandiya, Monteneqro və ev sahibi Birləşmiş Ərəb Əmirlikləri milliləri ilk dəfə dünya çempionatının final mərhələsində mübarizə aparacaqlar.

Dünya çempionatlarının mükafatçıları

DÇ-2015
Final: ABŞ – Meksika 5:3

DÇ-2017
Final: Çexiya – Meksika 3:0
3-cü yer uğrunda oyun: Seneqal – İspaniya 5:0

DÇ-2019
Final: Meksika – Braziliya 4:0
3-cü yer uğrunda oyun: Rumıniya – Macarıstan 0:0 (penaltilərlə 3:1)

DÇ-2023-ün oyunları 26 oktyabr - 4 noyabr tarixlərində keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala yüksələcəklər.

Qeyd edək ki, Azərbaycan millisi G qrupunda Küveyt, Misir və İraqla mübarizə aparacaq. Elşad Quliyevin yetirmələri oktyabrın 27-də İraq, 29-da Misir, 31-də isə Küveytlə üz-üzə gələcəklər.

Futbol
Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Futbol
Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Futbol
Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Futbol
“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

Futbol
"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

Futbol
“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

Futbol
Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Futbol
"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida