Azərbaycan voleybol çempionatlarında yeni mövsümün püşkatma mərasiminin tarixi müəyyənləşib
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) "QELEBE.AZ"a verilən məlumata görə, tədbir oktyabrın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 15:00-da start götürəcək.
Püşkatma mərasimində AVF rəhbərliyi və əməkdaşları, klub rəhbərləri və rəsmi qonaqlar iştirak edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-voleybol-chempionatlarinda-yeni-movsumun-pushkatma-merasiminin-tarixi-mueyyenleshib.webp











