Qelebə.az / Azərbaycan voleybol çempionatlarında yeni mövsümün püşkatma mərasiminin tarixi müəyyənləşib

Azərbaycan voleybol çempionatlarında yeni mövsümün püşkatma mərasiminin tarixi müəyyənləşib

19-10-2023, 14:53

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) "QELEBE.AZ"a verilən məlumata görə, tədbir oktyabrın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 15:00-da start götürəcək.

Püşkatma mərasimində AVF rəhbərliyi və əməkdaşları, klub rəhbərləri və rəsmi qonaqlar iştirak edəcək.

Geri qayıt