“Sabah”ın idman direktoru: “Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”

“Sabah”ın idman direktoru: “Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”

“Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”.

Bunu “Report”a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqro təmsilçisi “Mornar”la bu gün keçiriləcək səfər oyunu ilə bağlı danışarkən deyib.

Klub rəsmisi qarşılaşmanın Bar şəhərində təşkil olunmasını rəqib üçün üstünlük hesab edir. Lakin o, görüşün baş tutacağı Topolika İdman Zalına uyğunlaşdıqlarını bildirib: “Məlumdur ki, bu mərhələdə daha ciddi rəqiblərlə qarşılaşacağıq. Bunlardan birincisi ilə bu gün üz-üzə gələcəyik. “Mornar”ın doğma meydan üstünlüyü ola bilər. Amma onların zalında dünən bir saat yarım məşq keçdik. Bu gün də bir saatlıq məşq planlaşdırılır. Komandamız qarşıdakı oyunlara fiziki cəhətdən yüksək səviyyədə, tam heyətlə hazırdır. Baş məşqçi də öz strategiyasını artıq müəyyənləşdirib. Kollektivi ruh yüksəkliyi ilə görüşə hazırlamalıyıq”.

Elşən Yusubov “Sabah”ın yer aldığı D qrupunu da dəyərləndirib. İdman direktoru oktyabrın 25-də, II turda Türkiyə təmsilçisi “Bağçaşəhər”lə evdə keçiriləcək matçın böyük önəm kəsb edəcəyini vurğulayıb: “Qrupda bütün oyunlar çətin olacaq. Bu üzdən var gücümüzlə mübarizə aparmalıyıq. Növbəti matçda qrupun favoriti hesab etdiyim “Bağçaşəhər” ilə qarşılaşacağıq. Həmin görüşü evdə keçirəcəyik. Sevindirici haldır ki, təsnifat mərhələsini keçdiyimiz üçün oyunlarımıza azarkeş marağı da artıb. Tamaşaçılar “Bağçaşəhər”lə qarşılaşmada da bizi tribunalardan dəstəkləyə biləcəklər. Avropa basketbolunu Azərbaycanda görə biləcəyik. Hər bir oyuna rəqibin güclü və zəif cəhətlərini araşdıraraq hazır olmalıyıq. Gənc heyətimiz olsa da, əvvəlki matçlarda müəyyən təcrübə toplamışıq. Basketbolçular indi məşqlərdə bir-birilərini daha yaxşı başa düşürlər. Bunu da oyunlara daşımaq lazımdır”.

Qeyd edək ki, “Mornar” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq