Azərbaycan millisinin sabiq baş məşqçisi: “Avstriya Bakıda qələbəni beyninə həkk edib”

Azərbaycan millisinin sabiq baş məşqçisi: “Avstriya Bakıda qələbəni beyninə həkk edib”

“Avstriya Bakıda qələbəni beyninə həkk edib. Çünki bilirlər ki, qalib gəlsələr, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq baş məşqçisi Yaşar Vahabzadə əsas millinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib.

63 yaşlı mütəxəssis rəqibin ilk dəqiqələrdən hücuma atılacağını düşünür. Onun fikrincə, bu amil Canni De Byazinin yetirmələrinə kömək edə bilər: “Bu düşüncə onlara problem yarada bilər. Belə olarsa, rəqibi əks-hücumda yaxalayıb, cəzalandırmaq olar”.

AFFA Məşqçilər Komitəsinin üzvü güclü rəqibi büdrətməyin yolunu da göstərib: “Avstriyalı futbolçuların ustalıq səviyyələri çox yüksəkdir. Bu baxımdan üstündürlər. Komandamız Estoniya ilə oyundan daha intizamlı və istəkli çıxış etməlidir. Yalnız bu yolla nəyəsə nail olmaq mümkündür. Avstriyadakı ilk görüşdə topa nəzarət komandamızda idi. Ancaq adi top itkiləri səbəbindən qollar buraxdıq. Bu dəfə eyni səhvləri təkrarlamamalıyıq”.

Y.Vahabzadə Avstriyanın bir neçə aparıcı futbolçusunun Bakıya gəlməməsinin mümkün təsirindən də bəhs edib: “Rəqibin heyətində itkilərin olması istər-istəməz təsir edəcək. Ancaq bunun müsbət və ya mənfi olacağını oyun göstərəcək. Meydana çıxacaq futbolçular özlərini baş məşqçiyə göstərməyə çalışacaqlar. Digər tərəfdən isə optimal heyətlə oynamayacaqları işimizə yaraya bilər. Aparıcı oyunçulardan məhrum qalmalarının işimizi asanlaşdıracağını düşünmək yanlış olar. Komandamız nəticədən asılı olmayaraq, elə çıxış etməlidir ki, azarkeşlər həzz ala bilsinlər”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya görüşü saat 20:00-da başlayacaq.

Futbol
Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Futbol
"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
İran millisinin baş məşqçisi istefa verib

İran millisinin baş məşqçisi istefa verib

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Futbol
Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Futbol
Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub