Əfran İsmayılov: "Estoniya ilə matçda futbol oynamağı bacardığımızı göstərdik"

Əfran İsmayılov: "Estoniya ilə matçda futbol oynamağı bacardığımızı göstərdik"

"Bu matçda göstərdik ki, futbol oynamağı bacarırıq".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov komandanın Tallində Estoniyaya 2:0 hesabı ilə qalib gəldiyi AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

35 yaşlı keçmiş yarımmüdafiəçi yığmanın dünənki qarşılaşmada yaxşı çıxış etdiyini bildirib: "Rəqib də bizə uyğun idi və onlardan üstün oynadıq. Birinci hissədə istədiyimiz oyunu sərgilədik, hücuma daha çox çıxan tərəf olduq və qollar vurduq. İki top fərqi ilə irəlidə olanda isə bir az geri çəkildik. Meydan sahibləri də təzyiq göstərirdi, buna tab gətirərək layiqli qələbə qazandıq".

Onun fikrincə, milli bu cür oyunların davamını gətirə bilsə, daha yaxşı nəticələr əldə edə bilər: "Evdə Belçikaya 0:1 hesabı ilə uduzduğumuz matçda da yaxşı təsir bağışlamışdıq. Estoniyaya qarşı isə daha yaxşı oyun göstərdik. Seçmə mərhələdə çox xallar itirmişik. Yalnız gələcəyə ümid edə bilərik".

Hazırda "Araz-Naxçıvan"da məşqçi kimi fəaliyyət göstərən İsmayılov "bu seçmə mərhələdən sonra da Canni De Byaziyə şans verilməlidir" sualını da cavablandırıb: "Bir az çətin sualdır. Onu rəhbərlik daha yaxşı bilər. Məncə, kifayət qədər şans verilib və yeni nəfəs lazımdır. Yekun qərarı özləri verəcəklər. Amma Avstriyaya qarşı həmin oyunu göstərib qələbə qazansaq, De Byazi bizi dərindən fikirləşməyə məcbur edəcək".

Futbol
Almaniyanın məşhur futbolçusu "Qarabağ"ın oyununda ekspert olacaq

Almaniyanın məşhur futbolçusu "Qarabağ"ın oyununda ekspert olacaq

Futbol
Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

Futbol
Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub