Azərbaycan Premyer Liqası: birinci dövrənin qol rekordları - STATİSTİKA

Azərbaycan Premyer Liqası: birinci dövrənin qol rekordları - STATİSTİKA

Azərbaycan Premyer Liqasının birinci dövrəsində ən çox qeydə alınan hesab 1:0 olub.

“QELEBE.AZ”un məlumatına görə, 44 oyundan 9-da meydan sahibi komanda vurduğu yeganə qol sayəsində hesabına 3 xal yazdırıb.

İkinci ən populyar hesab 1:1-dir. 6 matçda hər iki tərəf bir qola imza atıb. 5 qarşılaşmada isə qonaqlar vurduqları yeganə qol sayəsində qalibiyyət əldə ediblər. Maraqlıdır ki, cəmi bir oyunda azarkeşlər qol görməyiblər. Bu, VII turun “Sumqayıt” – “Turan Tovuz” görüşünə təsadüf edib.

Mövsümün ən erkən qolu 2-ci dəqiqədə vurulub. Bu hala iki dəfə rast gəlinib. Ən gec qol isə 90+5-ci dəqiqədə olub. İki qarşılaşmada əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə hakim mərkəzi göstərib.

Hələlik ən məhsuldar tur 1-ci turdur. Açılış turunda ümumilikdə 15 qol hesaba alınıb. II tur isə 8 qolla ən aşağı məhsuldarlığa malikdir.

Hakimlər geridə qalan dönəmdə 14 dəfə penalti nöqtəsini göstəriblər. Birinci dövrədə 11 metrlik zərbə vurmaq hüququ qazanmayan yeganə komanda “Turan Tovuz”dur.

Cari mövsüm qapılara ümumilikdə 100 qol vurulub. Bunun cəmi ikisi avtoqol kimi qeydə alınıb. Digər 98 qoldan 29-na yerli, 69-na isə əcnəbi futbolçular imza atıb.

Qeyd edək ki, Premyer Liqada II dövrəyə oktyabrın 20-də start veriləcək.

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

Futbol
“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Futbol
Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Futbol
"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”