Adrian Mutu: “Onlardan gözləntilərimiz daha çoxdur”

Adrian Mutu: “Onlardan gözləntilərimiz daha çoxdur”

“Elə oyunçularımız var ki, onlardan gözləntilərimiz daha çoxdur və komandaya böyük fayda verə bilərlər. Bunun üçün də zamana ehtiyac var”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu klubun televiziyasına açıqlamasında deyib.

Rumıniyalı mütəxəssis Premyer Liqanın IX turunda “Qarabağ”la keçiriləcək oyuna hazır olduqlarını bildirib: “Məşqlərimiz yaxşı keçir. Bizi necə matçın gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, azarkeşlər yenə böyük dəstək verərək yanımızda olacaqlar. Uyğunlaşma dövrü, demək olar ki, başa çatıb”.

Mutu zədəsini sağaldan yarımmüdafiəçi Eddi İsrafilova “Qarabağ”la qarşılaşmada şans verəcəyini istisna etməyib: “Eddi İsrafilova “Qarabağ”la görüşdə bir neçə dəqiqə oynamaq imkanı verə bilərəm. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonrakı dönəm üçün tam hazır olacaq. Eddi bizə meydanda lazım olan futbolçulardandır. Komandaya təsirini xüsusi qeyd etmək lazımdır. Ona böyük hörmətim var”.

Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

Futbol
"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb

Futbol
Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib  - VİDEO

Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib - VİDEO

Futbol
Frank Riberi karyerasını bitirir

Frank Riberi karyerasını bitirir

Futbol
Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

Futbol
Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

Futbol
“Real” 16 yaşlı braziliyalı alır

“Real” 16 yaşlı braziliyalı alır