Vitali Borisov: “Qarşımıza qoyulan tapşırıq dünya çempionatına vəsiqə qazanmaqdır”

Vitali Borisov: “Qarşımıza qoyulan tapşırıq dünya çempionatına vəsiqə qazanmaqdır”

“Qarşımıza qoyulan tapşırıq dünya çempionatına vəsiqə qazanmaqdır”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Qazaxıstana 2:4 hesabı ilə məğlub olduqları DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Belə alınacağını da gözləyirdik. Qazaxıstan çox dinamik komandadır. Komandamız vuruşdu. Hakimlərin bəzi qərarları mübahisəli idi. Buraxılan 3-cü qolun epizoduna baxdım. Məncə, həmin anda hakimin qərarı doğru deyildi. Düzdür, ikinci hissə rəqibin üstünlüyü ilə keçdi. Qapıçıları çox irəli çıxırdı. O isə ayaqla bəzi meydan oyunçularından yaxşı oynayır”.

O, rəqibin ən böyük üstünlüyünün qapıçının irəlidə oynaması olduğunu söyləyib: “Bütün oyunu rəqibin 5 oyunçusuna qarşı keçirmək çətindir. İstər-istəməz zərbələrin sayı çox olur. Taktiki baxımdan fərqli komandadır. Bizdə isə bəzi oyunçular 2-3 gün əvvəl heyətə qoşulublar. Qazaxıstanda isə 6 nəfər eyni klubda çıxış edir və 11 futzalçı ölkə çempionatında mübarizə aparır”.

Baş məşqçi cavab qarşılaşmasının daha çətin olacağını düşünür: “Bu gün Filipinyonu itirdik. Bu böyük itkidir. Orada çətin olacaq. Qazaxıstanda futzalı çox sevirlər. Azarkeşlər zalı dolduracaqlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Futbol
"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

Futbol
Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub