Messi MLS-in ən dəyərli oyunçu mükafatına namizəd olub

Messi MLS-in ən dəyərli oyunçu mükafatına namizəd olub

“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi MLS-də mövsümün ən yaxşı oyunçusu mükafatına namizəd olub.

“QELEBE.AZ”un liqanın rəsmi saytına istinadən verdiyi məlumata görə, mükafat uğrunda ümumilikdə 30 futbolçu mübarizə aparır.

MVP mükafatına Messinin komanda yoldaşı Serxio Buskets də namizəddir. Hər bir klub müstəqil olaraq öz oyunçularını liqanın ən dəyərli oyunçusu mükafatına təqdim edir. Mükafata eyni klubdan yalnız iki futbolçu iddia edə bilər.

Messi iki il Fransanın PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, ilk oyundaca cərimə zərbəsindən fərqlənib. Onun məhsuldar seriyası doqquz oyunda dayanıb.

“İnter Mayami”də keçirdiyi 12 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazanıb. “İnter Mayami” turnirin final oyununda “Neşvill”i penaltilər seriyasında yenərək (10:9) Liqa Kubokunun qalibi olub.

Argentinalı zədə səbəbindən “İnter Mayami”nin son bir neçə oyununu buraxıb.

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Futbol
"Formula 1": İki komanda maliyyə reqlamentini pozub

"Formula 1": İki komanda maliyyə reqlamentini pozub

Futbol
"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq” - EKSKLÜZİV

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Futbol
Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"