Elnur Məmmədov: "Gələcək nəslin milli idman növlərini unutmaması önəmlidir"

Elnur Məmmədov: "Gələcək nəslin milli idman növlərini unutmaması önəmlidir"

Azərbaycanın ev sahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, konfransda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibullin, olimpiadanın gümüş mükafatçısı İrek Zinurov və kəmər güləşi üzrə səkkizqat dünya çempionu Qabdijalil Suleymanov iştirak ediblər.

Tədbirdə çıxış edən Elnur Məmmədov Azərbaycanda milli idman növlərinə böyük diqqətin olduğunu bildirib: "Bununla bağlı assosiasiyamız fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi olaraq federasiya ilə birlikdə ortaq layihələrin həyata keçirilməsinə önəm veririk. 19 ölkədən 100-dən çox iştirakçının Avropa çempionatına qatılması sevindirici haldır. Təşkilati işlərlə bağlı bir neçə ay öncədən çalışmalara başlamışıq. İnanıram ki, idmançılar buradakı təşkilatçılıqdan məmnun qalacaqlar. Milli idman növlərini təkcə Bakıda yox, bütün bölgələrdə inkişaf etdirmək istəyirik. Gələcək nəslin milli idman növlərini unutmaması bizim üçün önəmlidir".

Xabir Xabibullin kəmər güləşi üzrə Avropa çempionatının Azərbaycanda təşkilinə görə minnətdarlığını bildirib: "Xüsusən də, gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirik. Çox gözəl təşkilatçılığa şahidlik edirik. Ümid edirəm ki, mübarizə də yüksək səviyyədə alınacaq. Buradakı yarışın gələcək nəsillərdə də maraq yaradacağını düşünürəm".

Daha sonra nitq söyləyən Qabdijalil Suleymanov və İrek Zinurov da yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Milli Gimnastika Arenasında keçirilən qitə birinciliyi oktyabrın 4-dək davam edəcək. Yarış zamanı atletlər sərbəst və klassik üslublarda bütün çəki kateqoriyaları üzrə mübarizə aparırlar.

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Elçin Əsədov:  "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Elçin Əsədov: "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Fərdi
Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
AGF təmsilçilərinin Avropa Gimnastikasının müxtəlif komissiyalarına namizədliyi irəli sürülüb

AGF təmsilçilərinin Avropa Gimnastikasının müxtəlif komissiyalarına namizədliyi irəli sürülüb

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib