Xabi Alonso "Real Madrid"in baş məşqçisi olacaq

Xabi Alonso "Real Madrid"in baş məşqçisi olacaq

"Bayer” (Leverkuzen)in baş məşqçisi Xabi Alonso 2024/25 mövsümündən etibarən "Real Madrid"in baş məşqçisi təyin olunacaq.

"Report"un İspaniyanın "Marca" nəşrinə istinadən verdiyi məlumata görə, "qaymaqlılar"a hazırda italiyalı mütəxəssis Karlo Ançelotti başçılıq edir. İyul ayında Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes Ançelottinin 2024-cü ildə Braziliya millisinə keçəcəyini açıqlamışdı.

41 yaşlı Alonso 2022-ci ildən “Bayer” (Leverkuzen) klubuna rəhbərlik edir. Bu mövsüm onun yetirmələri Bundesliqada 5 turdan sonra 13 xalla ikinci pillədə qərarlaşıb, əlavə göstəricilərə görə “Bavariya”dan geri qalırlar.

Futbolçu kimi Alonso 2009-2014-cü illərdə "Real Madrid"də çıxış edib və komandanın heyətində İspaniya çempionu, iki dəfə ölkə Kubokunun qalibi, Çempionlar Liqasının, UEFA Superkubokunun qalibi olub.

Alonso həmçinin "Eybar", "Real Sosedad", "Liverpul" və "Bavariya"da da çıxış edib. İspaniya millisinin formasını geyərkən o, Dünya Kubokunu qazanıb və iki dəfə Avropa çempionu olub.

Futbol
Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Futbol
AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

Futbol
Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb

Futbol
“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Futbol
İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

Futbol
KİV: "Ronaldu Səudiyyə klubu ilə müqavilə imzalayıb"

KİV: "Ronaldu Səudiyyə klubu ilə müqavilə imzalayıb"

Futbol
Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Futbol
Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"