Levandovski "Barselona" forması ilə Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu olub

Levandovski "Barselona" forması ilə Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu olub

Polşalı futbolçu Robert Levandovski İspaniyanın "Barselona" klubunun tarixinə düşüb.

"QELEBE.AZ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna Belçika “Antverpen”inə 5:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunun oyununda nail olub.

Görüşdə ikinci qola imza atan forvard Kataloniya təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində fərqlənən ən yaşlı oyunçu adına sahib çıxıb.

Bunu 35 yaş 29 günündə bacaran Levandovski 2021-ci ildə Ukrayna "Dinamo"su ilə qarşılaşmada fərqlənən Jerar Pikeni (34 yaş, 260 gün) geridə qoyub.

Bundan əlavə, polşalı oyunçu avrokuboklarda 100-cü qolunu (Çempionlar Liqasında 92, UEFA Kubokunda 8) vurub. O, Kriştianu Ronaldu (145) və Lionel Messidən (132) sonra üçüncü pillədə qərarlaşıb.

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

Futbol
“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Futbol
İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub