Azərbaycan Şahmat Federasiyasının baş katibi: "Uğurlu çıxışın davam edəcəyinə inanırıq”

“Şahmatçılarımızın uğurlu çıxışının davam edəcəyinə inanırıq”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova yeniyetmələrin Rumıniyada baş tutan Avropa çempionatında 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanması ilə bağlı danışarkən deyib.

O, bu yarışda 7 medalın əldə olunmasını böyük uğur hesab edib: "Bunlardan dördünün qızıl olmasını xüsusi qeyd etmək istərdim. Bizim şahmatçılar əvvəllər heç vaxt qitə çempionatında 4 qızıl medal qazanmayıb. Bu ilkdir, tarixi uğurdur. Federasiyanın son illər gördüyü sistemli işin nəticəsidir. Bu münasibətlə şahmatçıları, onların məşqçilərini, valideynlərini təbrik edirəm. Gələn ay şahmatçılarımız yeniyetmələr arasında dünya çempionatına yollanacaqlar. Rumıniyadan sonra dünya çempionatında da uğurlu çıxış edəcəklərinə inanırıq”.

Xatırladaq ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal əldə edib.

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov hindistanlı şahmatçıya məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub