Azərbaycan klubu xorvatiyalı voleybolçunu heyətinə qatıb

Azərbaycan klubu xorvatiyalı voleybolçunu heyətinə qatıb

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

"QELEBE.AZ"un məlumatına görə, komanda daha bir oyunçunun transferini rəsmiləşdirib.

Xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Ölkəsinin aşağı yaş qruplarından ibarət yığmalarında oynamış 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

183 sm boya malik voleybolçu Azərbaycandan öncə bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub. Pilepiç 2009-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Hücumçu ardınca ABŞ-a yollanıb. O, burada “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin (2015-2016) formasını geyinib.

Pilepiç 2016/2017 mövsümündə Asiyada - Filippin klubunda çıxış edib. 2 il burada “Lifesavers”in uğurları üçün çalışan “Azərreyl”in yeni transferi 2018-ci ildə Avropaya qayıdıb. Katarina Yunanıstan “ AO Tiras”ına keçib. Ardınca Finlandiyada “Vyesti” (2019-2020) və Çexiyada “Olomouts” (2021) klublarında oynayıb. Son 2 mövsümdə isə İsraildə Hayfa “Makkabi”sinin şərəfini qoruyub.

O, 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub. Çexiya, İsrail və Xorvatiyada ölkə kubokunu da başı üzərinə qaldırıb. Voleybolçunun kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var. Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb