Postsovet məkanı: “Qarabağ” ardıcıl 10 mövsüm avrokubokların qrupuna yüksələn 4-cü klubdur

Postsovet məkanı: “Qarabağ” ardıcıl 10 mövsüm avrokubokların qrupuna yüksələn 4-cü klubdur

Bu mövsüm avrokubokların qrup mərhələsində çıxış edəcək “Qarabağ” ardıcıl 10-cu dəfə bu uğura imza atıb.

Ağdam təmsilçisi 2014/2015 mövsümündən etibarən hər il qrup həyəcanı yaşayır. Bunun 8-i Avropa Liqasına (AL), 1-i Çempionlar Liqasına (ÇL), 1-i isə Konfrans Liqasına (KL) təsadüf edib.

“Report”un araşdırmasına görə, Azərbaycan təmsilçisi postsovet məkanında ardıcıl 10 dəfə avrokubokların qrupunda iştirak etməyi bacaran 4-cü komandadır.

Buna qədər yalnız Ukrayna nəhəngləri “Şaxtyor”, “Dinamo” və Rusiya təmsilçisi “Zenit” eyni nailiyyətə imza atıblar. Siyahıya başçılıq edən “Şaxtyor” “Qarabağ”dan iki dəfə çox – ardıcıl 20 mövsüm bunu reallaşdırıb. Donetsklilər seriyanı hazırda da davam etdirirlər.

“Qarabağ” ümumilikdə keçmiş SSRİ klubları arasında 10 mövsüm avrokuboklarda mübarizə aparan 6-cı kollektivdir. Azərbaycan çempionu yalnız Rusiya və Ukrayna klublarından geri qalır.

“Şaxtyor” (Donetsk, Ukrayna) - ardıcıl 20 mövsüm (cəmi 21)
“Şaxtyor” avrokubokların qrupunda 2001/2002 mövsümündə debüt edib. 2004/2005 mövsümündən bəri isə ardıcıl 20 ildir ya ÇL, ya da AL-in qrupunda özünə yer tapa bilir. Bunun 18-i qitənin bir nömrəli klub turnirinə təsadüf edib. Donetsklilər hətta 2008/2009 mövsümündə Avropa Liqasının qalibi olublar. Bundan başqa, komanda 2 dəfə (2015/2016, 2019/2020) bu turnirin yarımfinalında, 1 dəfə isə (2010/2011) 1/4 finalında mübarizəni dayandırıb.

“Dinamo” (Kiyev, Ukrayna) – ardıcıl 17 mövsüm (cəmi 26)
Bu komanda 1997-2005-ci illərdə ardıcıl 8 dəfə Çempionlar Liqasının qrupunda iştirak edib. 1997/1998 mövsümündə 1/4, 1998/1999-da isə yarımfinala qədər irəliləyib. “Dinamo” 2006/2007 "futbol ili"ndən başlayaraq, cari mövsümə qədər ardıcıl 17 il avrokubokların qrupunda yer alıb. Kiyevlilər 10 dəfə ÇL-in, 7 dəfə isə AL-in qrup mərhələsində mübarizə aparıblar. Bu illər ərzində ən böyük uğuru iki dəfə Avropa Liqasının 1/4 finalında (2010/2011, 2014/2015) çıxış etmək olub. “Dinamo”nun qrup seriyasına cari mövsümdə son qoyulub.

“Zenit” (Rusiya) – ardıcıl 12 mövsüm (cəmi 16)
“Zenit” ümumilikdə 16 dəfə qruplarda yer alıb ki, bunun 12-si ardıcıl baş tutub. Komanda 2010-2022-ci illər aralığında Rusiyanı avrokubokların qrupunda təmsil edib. Sankt-peterburqlular həmin uğurlu dönəmdə 8 dəfə ÇL, 4 dəfə isə AL-in qrupunda mübarizə aparıblar. Uğurlu seriya 2022/2023 mövsümündə qırılıb. “Zenit” üçün ən parlaq dönəm 2007/2008 mövsümü olub. Komanda həmin vaxt UEFA Kuboku adlanan hazırkı Avropa Liqasında çempionluğun sevincini yaşayıb.

ÇSKA (Moskva, Rusiya) – ardıcıl 8 mövsüm (cəmi 17)
ÇSKA ilk dəfə 1992/1993 mövsümündə avrokubokların qrupunda oynayıb. Komanda daha sonra iki fərqli dönəmdə ardıcıl 8 "futbol ili"ndə qruplarda iştirak edib. Moskvalılar ümumilikdə 17 mövsümün 13-də Çempionlar Liqasının qrupunda mübarizə aparıblar. 2004-2012 və 2013-2021-ci illər aralığının hər birində ÇSKA 8 dəfə qrupda olub. Komandanın 2012/2013 mövsümünün təsnifatında mübarizəni dayandırması ardıcıl 17 mövsüm qruplarda oynamasına mane olub. Paytaxt təmsilçisi 2004/2005 mövsümündə UEFA Kubokunun (hazırkı Avropa Liqasının) qalibi olub. 2009/2010 "futbol ili"ndə isə Çempionlar Liqasında 1/4 final həyəcanı yaşayıb.

“Spartak” (Moskva, Rusiya) – ardıcıl 5 mövsüm (cəmi 16)
“Spartak” 1998-2003-cü illər aralığında Çempionlar Liqasında 5 dəfə qruplara qatılıb. Buna qədər 1993-1996-cı illərdə komanda ardıcıl 3 dəfə ÇL-in qrupunda oynayıb. Hətta 1995/1996 mövsümündə 1/4 finala qədər irəliləməyi bacarıb. Qrup mərhələsinin olmadığı 1997/1998 mövsümündə “Spartak” yarımfinala qədər irəliləyib.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm Avropa Liqasının H qrupunda “Bayer 04” (Almaniya), “Molde” (Norveç) və “Hakken” (İsveç) ilə mübarizə aparacaq.

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Elxan Səmədov: “Gələn mövsüm Premyer Liqada komanda sayının artacağına inanmıram”

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Futbol
"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək