"Qarabağ"ın UEFA Kubokunu qazanmış rəqibi: Bundesliqada gümüş medallarla kifayətlənən "Bayer 04"

"Qarabağ"ın UEFA Kubokunu qazanmış rəqibi: Bundesliqada gümüş medallarla kifayətlənən "Bayer 04"

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu 1904-cü ildə qurulub.

"QELEBE.AZ" xatırladır ki, Bundesliqa təmsilçisi adını aldığı "Bayer Ag" əczaçılıq şirkətinin əməkdaşları tərəfindən yaradılıb.

Daha əvvəl aşağı dəstələrdə, 1979/1980 mövsümündən isə əsas çempionatda çıxış edən komandanın rəngləri qırmızı və qaradır. Ev oyunlarını 30 210 azarkeş tutumuna malik "Bay Arena"da keçirir.

Klubun hazırkı baş direktoru Fernando Karro, baş məşqçisi tanınmış sabiq futbolçu Xabi Alonsodur.

Klubun heyətinin “transfermarkt” portalındakı ümumi dəyəri 446,05 milyon avrodur. Bu isə Bundesliqada "Bavariya" və Dortmund "Borussiya"sından sonra ən yüksək üçüncü göstəricidir.

Kapitan Lukaş Qradetski Finlandiya yığmasının əsas qapıçısıdır. Xorvatiyalı Yosip Stanilits, ekvadorlu Pyero İnkape, almaniyalı Yonas Hofmann, çexiyalı Parik Şik və Adam Qlojek, niderlandlı Ceremi Frimponq, isveçrəli Qranit Caka ölkələrinin milli komandalarında çıxış edirlər.

"Qırmızı-qaralar" Bundesliqada yalnız gümüş medallarla kifayətlənib. Komanda 1996/1997, 1998/1999, 1999/2000, 2001/2002 və 2010/2011 mövsümlərində çempionatı ikinci sırada bitirib. 1987/1988 mövsümündə UEFA Kubokunu (hazırkı Avropa Liqası) başı üzərinə qaldıran "Bayer 04" 1992/1993 mövsümündə ölkə kubokuna sahib çıxıb.

Leverkuzen təmsilçisi tarixində bir dəfə UEFA Çempionlar Liqasında finala qədər irəliləməyə müvəffəq olub və 2001/2002 mövsümündə həlledici görüşdə İspaniya "Real"ına yenilib - 1:2.

Ötən mövsüm Bundesliqanı 6-cı sırada bitirən komanda UEFA Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. "Bayer 04" hazırda üç turdan sonra 9 xalla "Bavariya" ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, "Qarabağ" bu rəqiblə ilk görüşünü III turda, oktyabrın 6-da səfərdə keçirəcək. IV turun qarşılaşması noyabrın 9-da Bakıda olacaq.

Futbol
Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Futbol
Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Futbol
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Futbol
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Futbol
"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

Futbol
Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”