AAF-nin baş katibi: “Qonaqlar hələ bu səviyyədə dünya çempionatı təşkil edilmədiyini dedilər”

AAF-nin baş katibi: “Qonaqlar hələ bu səviyyədə dünya çempionatı təşkil edilmədiyini dedilər”

“Bakıya gələn qonaqlar hələ bu səviyyədə dünya çempionatı təşkil edilmədiyini dedilər”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının (AAF) baş katibi Emin Cəfərov Bakıda təşkil olunan dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi başa çatmaqda olan mundialın yüksək səviyyədə təşkil edildiyini bildirib: “Bu, Azərbaycanda keçirilən atıcılıq üzrə ən böyük idman tədbiri oldu. 1239 idmançı mübarizə apardı. Bu vaxta kimi belə statistika qeydə alınmayıb. Eyni zamanda mundialda 101 ölkə yarışdı ki bu da rekorddur. Bakını tərk edənlər həm elektron poçt ünvanımıza, həm də şəxsi hesabımıza təşəkkür mesajları yazırlar. Bu, bizim üçün çox xoşdur. İndi rahat deyə bilərik ki, beş il əvvəl Cənubi Koreyada keçirilən dünya çempionatından daha yüksək səviyyədə yarış təşkil etmişik. Bunu biz deyil, iştirakçılar bildirirlər. Bizim üçün çox xoşdur”.

Emin Cəfərov Azərbaycan idmançılarının nəticələrini yüksək qiymətləndirib: “Bu yarış bizim üçün uğurlu oldu, üç medal əldə etdik. Dünya çempionatlarındakı sonuncu qızıl medalımızı 2001-ci ildə Qahirədə keçirilən yarışda Zemfira Meftahətdinova qazanmışdı. Həmin dönəmdən bəri “qızıl”ımız yox idi. Son mundialda iki medal qazanmışdıq ki, onların biri gümüş, biri bürünc idi. Bu il sayı üçə çatdırdıq. Say baxımından yavaş-yavaş irəliləyirik. Ümid edirik ki, növbəti yarışda daha çox medalımız olacaq. Medal qazanmasalar da, gənclərimiz bizi çox sevindirdilər. Nəticələri göz özündədir, irəliləyirlər. Gənclər arasında keçirilən dünya çempionatında iki medalımızın olduğunu nəzərə alsaq, yığmamızın mundiallarda qazandığı ümumi medal sayı 5 olur. Bizim üçün çox yaxşı nəticədir”.

Baş katib dünya çempionatında çox sayda rekord qeydə alındığını sözlərinə əlavə edib: “13 dünya rekordu təkrarlanıb. Bu göstəricilər həm güllə, həm stend atıcılığında qeydə alındı. Çinli idmançının 25 metr məsafəyə tapança ilə cəld atəş yarışında 40 cəhddən 39-nu dəqiq yerinə yetirməsi tarixi rekord idi. Düşünürəm ki, bunu uzun müddət yeniləmək mümkün olmayacaq. Çünki finalda 40 atəşin hamısını dəqiq yerinə yetirmək çox çətindir. Bu göstərici yəqin ki, hələ uzun müddət tarixdə qalacaq”.

Qeyd edək ki, dünya çempionatının son günlərində qeyri-olimpiya növləri üzrə yarışlar keçiriləcək.

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərdi
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

Fərdi
Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb