Bakıda çempion olan idmançı: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"

Bakıda çempion olan idmançı: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"

"Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu Bakıdakı dünya çempionatında 10 metr məsafəyə hərəkətli hədəfə atəş açma növündə qızıl medal qazanan Ukrayna təmsilçisi İqor Kizima deyib.

İdmançı ötən il Fransada gümüş medal qazandığını xatırladıb: "Amma bu il eyni nəticə ilə Bakıda “qızıl” mənim oldu. Bilirsiniz ki, Ukraynada siyasi vəziyyət necədir. Bu medallar hamımız üçün dəyərlidir. Ona görə də ölkəmiz üçün əlimizdən gələni etməyə çalışırıq”.

Bakıya ikinci dəfə gəldiyini söyləyən 26 yaşlı atlet ölkəmizdə onlara göstərilən münasibətdən razılığını dilə gətirib: “Burada olmaqdan məmnunam. İlk dəfə 2017-ci ildə gəlmişdim. Bu, ikinci səfərimdir. Ukraynlılar, avropalılar, ümumiyyətlə, bütün xalqlar üçün burada gözəl şərait yaradılıb. Bakı Atıcılıq Mərkəzindəki şəraiti çox adam görməyib. Onların bir qismi gördüklərimizi, sadəcə, arzu edirlər. Bizə qarşı insanların münasibəti çox gözəldir. Düzdür, Ukraynada da qonaqlara münasibət yaxşı olur. Amma buradakı diqqət daha çox təqdirəlayiqdir”.

Qızıl medalın qadın sahibi qazaxıstanlı Zuxra İrnazarova da qalib olmağından söz açıb: “Burada çıxış etmək xoşuma gəldi. Ümumilikdə, Bakı Atıcılıq Mərkəzi haqda yalnız xoş sözlər deyə bilərəm. Bu mərkəzdə məşq etmək və atış çox rahatdır. Möhtəşəm kompleksdir, xüsusən, divardan asılan şəkilləri (Qeyd: Mərkəz ötən beynəlxalq yarışlardan olan fotolarla bəzədilib) çox bəyəndim”.

İmazarova qızıl medala sahib olsa da, mükafatlandırma mərasimində kifayət qədər ciddi görünməsinin səbəbini bu cür əlaqələndirib: “Öz gülüşümü bəyənmirəm. Ona görə də medal alanda gülümsəməyi artıq hesab etdim”.

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub