“Çelsi”də yeni dövr – Bouli postunu tərk edib
Todd Bouli “Çelsi”nin direktorlar şurasının sədri vəzifəsini tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Amerikalı biznesmen açıqlamasında “Çelsi”də sədr vəzifəsini tutmağın onun üçün şərəf olduğunu bildirib və klubun gələcəyinin təmin olunmasında iştirak edən şəxslərə, Premyer Liqaya, məşqçilər heyətinə, futbolçulara, rəhbərliyə, əməkdaşlara və azarkeşlərə təşəkkür edib.
Bouli “Clearlake” və digər həmsahiblərlə əməkdaşlığı, klubun qısamüddətli və uzunmüddətli uğuruna yönəlmiş qərar və investisiyaları yüksək qiymətləndirdiyini söyləyib.
Klubun açıqlamasında Hansyorq Vissin “Çelsi”nin səhmdarı və ortağı olaraq qalacağı bildirilib. “Clearlake” həmçinin Mark Valterin klubdakı payını alaraq “Çelsi” üzərində tam nəzarəti əldə edəcək.
Qeyd edək ki, Bouli 2022-ci ildə Roman Abramoviçin “Çelsi”ni satmasından sonra klubun sahibliyini əldə edən konsorsiuma rəhbərlik edib. Onun rəhbərliyi dövründə London təmsilçisi Konfrans Liqasını və 2025-ci ildə Klublararası Dünya Kubokunu qazanıb.

https://qelebe.az//uploads/photo/chelside-yeni-dovr-bouli-postunu-terk-edib.webp