Azərbaycan millisinin voleybolçusu: “Hələ heç nə bitməyib”

Azərbaycan millisinin voleybolçusu: “Hələ heç nə bitməyib”

“Ardıcıl iki məğlubiyyətə baxmayaraq, hələ heç nə bitməyib”.

Bunu “QELEBE.AZ”a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Bəyaz Quluyeva Almaniyada keçirilən Avropa çempionatındakı çıxışları barədə danışarkən deyib.

Voleybolçu qrup mərhələsinin ilk turunda Çexiya üzərində qələbədən sonra Almaniya və Türkiyəyə məğlubiyyəti rəqiblərin güclü olması ilə əlaqələndirib: “Avropa çempionatının qrup mərhələsinə qələbə ilə başlasaq da, təəssüf ki, sonrakı iki oyunda uğursuz çıxış etdik. Yerli komandaya qarşı oynamaq hər zaman çətin olur, gərgin anlar yaşanır. Almaniya ilə görüşdə bir daha bunun şahidi olduq. Dünən isə qrupun favoriti Türkiyə yığması ilə qarşılaşdıq. Onlar nəinki qrupun, ümumilikdə qitə birinciliyinin favoritlərindəndirlər”.

Bəyaz Quluyeva C qrupunda Yunanıstan və İsveçlə qarşılaşmalara qələbə əzmi ilə hazırlaşdıqlarını vurğulayıb: “Qarşıda bizi daha iki görüş gözləyir. Həmin matçlara necə lazımdırsa, hazırlaşacağıq. Yunanıstanla oyuna məşqçinin tapşırıqlarına əməl edərək, qələbə qazanmaq üçün çıxacağıq. Qrupdakı matçlarda qalib gələrək, adımızı növbəti mərhələyə yazdırmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Yunanıstan, 23-də isə İsveçlə üz-üzə gələcək.

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Komanda
“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub