Bakıda çempion olan idmançı: "Bu, ilk qızıl medalımdır"

Bakıda çempion olan idmançı: "Bu, ilk qızıl medalımdır"

“Bu, mənim ilk qızıl medalımdır və ilk dəfə olimpiadada iştirak edəcəyəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 50 metr məsafəyə 3 mövqedən atəş açmada qızıl medal qazanan Çin təmsilçisi Qiongyu Janq deyib.

19 yaşlı idmançı Azərbaycana gəldiyinə görə şad olduğunu söyləyib: "Bizim uğur qazanmağımızın sirri bundadır ki, komanda olaraq həmrəy oluruq. Hamımız birlikdə səylə çalışırıq və uğur qazanacağımıza inanırıq. Bu ölkəni çox sevdim. İnsanları mehriban və qonaqpərvərdirlər. Bunu mütləq qeyd etməliyəm. Atıcılıq Mərkəzi də möhtəşəmdir. Burada yaradılan şərait, xüsusilə də yaşıllıq zonalarının çox olması atletlərin əhvalına müsbət təsir edir”.

Janq Bakıda qazandığı qızıl medalın bir ay sonra vətənində keçiriləcək Asiya Oyunlarındakı çıxışına təsir edəcəyini də xüsusi vurğulayıb.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib