Elnur Məmmədli: “Olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı gördüm”

Elnur Məmmədli: “Olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı gördüm”

“2008-ci ildə olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı, ölkə Prezidentinin mənə medalı verdiyini və təbrik etdiyini gördüm. Səhər oyanan kimi təbaşirlə otağımdakı lövhəyə yazdım ki, olimpiya çempionu olacağam”.

“Report”un məlumatına görə, bunu 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

35 yaşlı sabiq cüdoçu 15 il əvvəl qazandığı nailiyyəti bu cür xatırlayıb: “Həmin gün digər idmançılarla, müxtəlif idman növlərindən olan dostlarımla danışdım, onlara çempion olacağımı dedim. Bunu reallaşdıranda da hamı şoka düşdü. Yay Olimpiya Oyunlarında yarışmaq həyatımın böyük fürsəti idi, bunu əldən vermək istəmirdim. Dəqiq bilirdim ki, bu imkanı qaçırmayacağam. Dünya reytinqində də bir nömrə idim”.

O, olimpiya çempionluğunda ən böyük pay sahibinin anası olduğunu söyləyib: “Anamın sayəsində olimpiya çempionu oldum. O, məni həmişə ruhlandırıb, bu titula motivasiya edib. 1992-ci ildə Nazim Hüseynov Azərbaycanın ilk olimpiya çempionu olsa da, MDB bayrağı altında idi. Anam dedi ki, müstəqil Azərbaycanda bunu birinci mən qazanacağam. 2004-cü ilə qədər cüdoda olimpiadanın medalı yox idi. 2008-ci il avqustun 11-də qalib gələndə, müstəqil Azərbaycanda bunu reallaşdıran ilk cüdoçu oldum. Bu, xüsusi idi”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Pekindəki yarışda əldə etdiyi qızıl medalın onu yaxşıya doğru dəyişdiyini vurğulayıb: “Küçədə, hər yerdə hamı məni və adımı tanıyırdı. Yanımdan keçəndə hər kəs baş barmağını yuxarı qaldırırdı. Nailiyyətim sayəsində yeni uşaqlar cüdo ilə məşğul olmağa başladılar, bu idman növü daha da populyarlaşdı. Həmin medalın sayəsində cüdodan çörəkpulu qazana bilirəm. Həyatım daha rahat oldu, bunun üçün çox çalışdım. Prezidentimiz də məni tanıdı. Oyunlardan sonra Prezidentimizin təyin etdiyi şəxsi təyyarə ilə Bakıya qayıtdım. Bunlar inanılmaz xatirələrdir”.

E.Məmmədli olimpiya çempionluğunu ömürlük fəxr adlandırıb: “Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım. Hər bir əsgər general olmaq istəyir. Hər bir cüdoçu olimpiya çempionluğunu arzulayır. Başqaları hadisələrdən danışanda, heç kimin vecinə deyil ki, hansı ildə qalib oldun. Bir dəfə Yay Olimpiya Oyunlarını qazansan, ömrün boyunca çempionsan. Bu gün cüdo 200-dən çox ölkədə tətbiq olunan ən populyar idman növlərindən biridir. Bunun bir hissəsi olmaqdan qürur duyuram”.

İkiqat Avropa çempionu hələ uşaq yaşlarından həmişə böyük uğurlar barədə düşündüyünü sözlərinə əlavə edib: “Kiçik yaşlarımdan həmişə çempion olmaq istəmişəm. Cüdo getdikcə populyarlaşırdı və mən də döyüşmək istəyirdim. Cüdonun görünüşü xoşuma gəlirdi. Səviyyəsindən asılı olmayaraq, kiçik və ya böyük yarışların hamısında həmişə birinci olmaq istəmişəm. Cüdoya böyük həvəsim var idi və dojo (cüdo məşq zalı) ikinci ev kimi idi. 7 yaşımda Bakıda yerli klubda məşqlərə başlayanda, bəlkə də, bəziləri uğur qazanacağıma şübhə edirdi. Amma mən heç vaxt şübhə ilə yanaşmadım”.

Qeyd edək ki, Elnur Məmmədli 2013-cü ildə zədə səbəbindən karyerasını başa vurub.

Fərdi
Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Fərdi
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərdi
Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib