Azərbaycan şahmatçısı: "Aniş Giri üzərində qələbə mənə böyük inam verdi"

Azərbaycan şahmatçısı: "Aniş Giri üzərində qələbə mənə böyük inam verdi"

"Aniş Giri asanlıqla məğlub olan şahmatçı deyil. Ona görə də bu qələbə mənə böyük inam verdi".

"Report"un məlumatına görə, bunları Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən Dünya Kubokunda niderlandlı Aniş Giriyə qalib gəldiyi oyun barədə turnirin rəsmi saytına açıqlamasında deyib.

Tay-brekin ilk duelinin əvvəlində yaxşı mövqe aldığını söyləyən qrossmeyster vaxt azlığının həmin oyunu uduzmasına səbəb olduğunu bildirib: "Bundan sonra növbəti qarşılaşmada mütləq qalib gəlməliydim. İkinci oyuna yeni ideya ilə başladım. Şah cinahında hücuma keçdim və düzgün gedişlərlə rəqibi məğlub edə bildim".

Abbasovun sözlərinə görə, əksəriyyət bu dueldə haqlı olaraq Girini favorit görsə də, tay-brekdə üstün tərəf olmur: "Burada şanslar bərabər qiymətləndirilir. Blitsdə ardıcıl heç-heçələrimiz oldu. Son oyunda isə qələbə qazanmağı bacardım. Rəqibin vaxtı azaldıqca, onun problemləri, mənim isə inamım artırdı. Nəticədə qalib gələrək növbəti mərhələyə adladım".

Nicat Abasov 1/16 finalda Pyotr Svidlerə (FİDE) qarşı keçirəcəyi görüşə də toxunub: "O, böyük təcrübəyə malik rəqibdir. Heç vaxt qarşılaşmamışıq. Giri üzərində qələbə mənə böyük inam verdi. Növbəti mərhələdə də yaxşı oynamağa çalışacağam".

Azərbaycan şahmatçısı məşqçi kimi dəstək olduğu Abdulla Qədimbəylinin ABŞ təmsilçisi Rey Robsona məğlubiyyətini riskli addımın nəticəsi adlandırıb: "Abdulla ilə oyundan əvvəl müəyyən müzakirələr oldu. İlk partiyada heç-heçədən sonra cavab görüşündə də ehtiyatlı oynamağının tərəfdarı idim. Risksiz mübarizə təklif etdim. Onun tay-brekdə məsələni həll etməsini daha düzgün sayırdım. Amma fərqli qərar qəbul etdi. Bu dəfə alınmadı, növbəti dəfə daha uğurlu olar".

Qeyd edək ki, Dünya Kubokunda 1/16 final oyunları avqustun 9-u və 10-da baş tutacaq.

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Fərdi
Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"