PFL rəsmisi: "Elə stadionlar var ki, onların durumundan razı deyilik"

PFL rəsmisi: "Elə stadionlar var ki, onların durumundan razı deyilik"

"Elə stadionlar var ki, onların durumundan razı deyilik".

"Report"un məlumatına görə, bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov AFFA-nın inzibati binasında I Liqa klublarının rəhbərləri ilə keçirilmiş görüş barədə danışarkən deyib.

PFL rəsmisi bildirib ki, Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda qazonun dəyişdirilməsi üçün kluba tapşırıq verilib: "Onlar da öz növbəsində müvafiq addımlar atırlar. Bilirsiniz ki, "Karvan" klubu Yevlax şəhər stadionu ilə bağlı ciddi işlər görüb. Eyni zamanda, Saatlı və Ağsudakı arenalar barədə tələblər yerinə yetirilib".

Abbasovun sözlərinə görə, Premyer Liqa komandalarının rəhbərlərinin iştirak etdiyi və öz fikirlərini bölüşdüyü Klublar Komitəsi olduğu kimi, bu ildən I və II Liqa təmsilçiləri üçün də analoji platforma yaratmaq qərarına gəliblər: "Onların da üzləşdiyi problemlər, müzakirəyə açıq olan məsələlər var. PFL İdarə Heyəti olaraq, onların da fikirlərinin mütəmadi olaraq dinlənilməsinə qərar verdik. Bu formatda ilk görüş dünən keçirildi. 1-ci liqada çıxış edəcək 10 klubun rəhbər şəxsləri qonağımız oldular. 3 saata yaxın söhbət getdi. Müzakirə 3 hissədən ibarət idi. Fikir mübadiləsi aparılan ilk məsələ ümumi infrastruktur, liqa, yarışlar, təqvim və inventar ilə bağlı oldu. İkinci hissədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov çıxış etdi. Bilirisiniz ki, 2024/2025 mövsümündən etibarən 1-ci Liqa klublarının da lisenziyalaşdırılmasına başlanacaq. Üçüncü mərhələdə AFFA-nın baş mühasibi Xalid Cavadov dövlət tərəfindən klublara ayrılacaq maddi yardımın detalları barədə məlumat verdi".

O, görüşün tərəflər üçün səmərəli olduğunu vurğulayıb: "Klubların fikirlərini dinlədik. Hesab edirik ki, bu, komandaların bir-biriləri ilə münasibətlərinin daha da yaxşılaşdırılması baxımından da vacibdir. Digər detallar da klub rəhbərlərinin diqqətinə çatdırıldı. Ötən mövsümdən bəzi qeydlərimiz var idi, onları da nümayəndələrə çatdırdıq. Həmçinin, klublara danışılmış oyunlarla bağlı mübarizənin daha da sərtləşdiyini, bizə təmiz idman prinsipləri ilə keçiriləcək liqa lazım olduğunu bildirdik. Klublara öz oyunçuları və məşqçiləri ilə təlim-tərbiyə söhbətlərinin aparılması tövsiyə olundu".

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

Futbol
Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Futbol
Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Futbol
2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

Futbol
Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Futbol
Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Futbol
"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

Futbol
Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"