Premyer Liqa: Mövsümün ilk oyununda “Turan Tovuz” böyükhesablı qələbə qazanıb - YENİLƏNİB

Premyer Liqa: Mövsümün ilk oyununda “Turan Tovuz” böyükhesablı qələbə qazanıb - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.

“Report”un məlumatına görə, açılış oyunu “Dalğa Arena”da keçirilib.

Yenidən elitaya qayıdan “Araz-Naxçıvan” I tur çərçivəsində “Turan Tovuz”u qəbul edib. Birinci hissədə qapılara qol vurulmayıb. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Tovuz təmsilçisinin hücumçusu Martin Petkov fərqlənib. Bolqarıstanlı forvard həm də mövsümdə ilk qolun müəllifi olub.

67-ci dəqiqədə hesab arasındakı fərq iki topa çatıb. Bu dəfə nigeriyalı ön xətt oyunçusu Otto Con naxçıvanlıları mərkəzə dəvət edib. Görüşdə son nöqtəni Martin Petkov qoyub. 87-ci dəqiqədə dublunu rəsmiləşdirən yeni transfer “Turan Tovuz”a böyükhesablı qələbə qazandırıb - 3:0.

Qeyd edək ki, I tur çərçivəsində avqustun 5-də “Səbail” - “Sumqayıt” (18:30), “Qarabağ” - “Zirə” (21:00), ayın 6-da isə “Kəpəz” - “Neftçi” (17:00) və “Sabah” - “Qəbələ” (20:00) matçları oynanılacaq.

19:24

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə bu gün “Araz-Naxçıvan” - “Səbail” oyunu ilə start veriləcək.

“Report”un məlumatına görə, komandalar açılış matçına çıxacaqları “11-lik”ləri açıqlayıblar.

“Araz-Naxçıvan”: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Futbol
“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol
Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Futbol
Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb