Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”.

“QELEBE.AZ” xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Belarusun paytaxtı Minskdə təşkil olunacaq II MDB Oyunları barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında turnirdə uğurlu çıxış üçün əllərindən gələni edəcəklərini bildirib. Baş məşqçi rəqibləri də dəyərləndirib: “Rusiya və Belarus turnirin favoritləri hesab olunurlar. Özbəkistan yığması da son illərdə inkişafdadır və demək olar, iddialılardandır. Qırğızıstanın oyunu haqda hələlik məlumata sahib deyiləm. Onlar bizdən sonra çıxış edəcəklər. Yəni matçlarını canlı izləyib, məlumat toplayacağam. Təbii ki, rəqiblərimiz fərqlənsələr də, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğur qazanaq. Ona görə də sona qədər “vuruşmalıyıq”. Bu cür turnirlər həm də gənc futzalçıların təcrübə toplamaları, beynəlxalq oyun praktikası qazanmaları baxımından vacibdir”.

İlqar Aslanov hazırda Minskdə olan kollektivdə əhvali-ruhiyyənin yüksək olduğunu vurğulayıb: “Turnirə normal hazırlaşmışıq. Təlim-məşq toplanışı keçirməsək də, gündəlik məşqlərlə bu boşluğu sığortalamağa çalışdıq. Heyətimizin əksər üzvləri martda U-19-ların Avropa çempionatının əsas mərhələsində, həmçinin, Yüksək Liqada iştirak edən futzalçılardır”.

Qeyd edək ki, Azərbaycanın U-19 millisi II MDB Oyunlarında ilk oyununu avqustun 7-də Belarusa qarşı keçirəcək.

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

Futbol
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

Futbol
Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Futbol
"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

Futbol
"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”