Aslan Kərimov: “Neftçi” və “Sabah” mərhələni keçəcəklər, “Qəbələ”nin qələbəsi sensasiya olar”

Aslan Kərimov: “Neftçi” və “Sabah” mərhələni keçəcəklər, “Qəbələ”nin qələbəsi sensasiya olar”

“Neftçi” və “Sabah” mərhələni keçəcəklər, “Qəbələ”nin qələbəsi sensasiya olar”.

Bunu “Report”a açıqlamasında futbol veteranı Aslan Kərimov Azərbaycan klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirəcəkləri matçlardakı şanslarını dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis Bosniya və Herseqovinada “Jelezniçar”la 2:2 hesablı bərabərə qalan “Neftçi”nin 8-ci km qəsəbə stadionunda qələbə qazanacağını proqnozlaşdırır: “Sarayevodakı oyunun birinci hissəsində meydan sahibləri “Neftçi”ni təzyiq altında saxladı, qol imkanları yaratdı. Nəticədə iki qol vurdular. Xüsusən də, ikinci qolda hücumçu “Neftçi”nin oyunçularını uşaq kimi aldadaraq fərqləndi. Amma ikinci hissədə meydanda yalnız “Neftçi” var idi. Bəlkə də, rəqib fiziki cəhətdən çatdırmadı. Əminəm ki, “Neftçi” oradakı görüşün ikinci hissəsindəki performansı burada göstərəcək. Hava şəraiti və azarkeş dəstəyi də “Jelezniçar”ı qapıya "oturmağa" məcbur edəcək. “Neftçi”ni bu matçda qələbəyə daha yaxın hesab edirəm. Bosniyalıların əsas üstünlüyü standart vəziyyətlər ola bilər. Çünki 2-3 oyunçuları hava toplarında çox yaxşıdırlar. Bunun qarşısını almaq lazımdır”.

UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının təlimatçısının fikrincə, “Sabah” ötən həftə Latviyada 2 cavabsız qolla məğlub etdiyi RFŞ üzərindəki üstünlüyünü “Bank Respublika Arena”da əldən verməyəcək: “Latviyada iki bərabər səviyyəli komandanın mübarizəsini izlədik. Hətta RFŞ-in bəlli anlarda üstünlüyü olurdu. Ancaq “Sabah” daha effektli oyun göstərdi. Yaradılan qol imkanlarından maksimum yararlandılar. Səfərdə vurulan iki qol “Sabah”ı növbəti mərhələyə çox yaxınlaşdırıb. Məncə, belə də olacaq. Ən pis halda bərabərlik gözləyirəm. RFŞ iki topun əvəzini çıxmaq üçün irəli atılmağa məcburdur. “Sabah”ın hücum xəttindəki oyunçuların hamısı isə sürətlidir. Rəqibin hücum futboluna üstünlük verməsi təmsilçimizə əks-hücumlardan fərqlənmək üçün şəraiti yaradacaq. RFŞ böyük risk etməlidir ki, bu da “Sabah”ın xeyrinədir. Düşünürəm ki, komandamız növbəti mərhələyə vəsiqənin öhdəsindən 70 faiz gəlib”.

Aslan Kərimov Azərbaycanın turnirdəki digər təmsilçisi “Qəbələ”nin işinin daha çətin olacağını düşünür. O, “qırmızı-qaralar”ın evdə 2:3 hesabı ilə uduzduğu “Omoniya”ya Kiprdə qalib gələcəyinə inanmır: “Konfrans Liqasında təmsilçilərimiz arasında ən güclü rəqib “Qəbələ”yə düşmüşdü. “Omoniya” digər komandalarımızın rəqiblərindən hərtərəfli üstündür. Bunu Qəbələdəki ilk oyunda da gördük. “Omoniya”nın gücünü və kiprlilərin türklərə qarşı aqressivliyini, azarkeş dəstəyini nəzərə alsaq, “Qəbələ”nin işi çox çətin olacaq. “Qırmızı-qaralar” burada iki top vurmasına və hücumlarda effektli olmasına baxmayaraq, “Omoniya” daha keyfiyyətli futbolçulara malik olduğunu göstərdi. Belədə “Qəbələ” geri çəkilməyə məcbur qaldı. Qapıçımızın səhvini də xüsusi vurğulamalıyam. Avrokuboklarda belə qollar buraxmaq olmaz. Kristof Atanqananın Nikosiyada da ideal çıxışına təminat yoxdur. Digər komandalarımızla müqayisədə “Qəbələ”nin şansı çox azdır. Orada qələbə qazanmaları sensasiya olar”.

Qeyd edək ki, “Sabah” – RFŞ oyunu saat 20:00-da, “Neftçi” – “Jelezniçar” və “Omoniya” – “Qəbələ” görüşləri isə 21:00-da başlayacaq.

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol
Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Futbol
Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Futbol
"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
"Traktor"un sabiq futbolçusu edam cəzasına məhkum olunub

"Traktor"un sabiq futbolçusu edam cəzasına məhkum olunub

Futbol
Qara Qarayev: "Füzuliyə qayıdacam"

Qara Qarayev: "Füzuliyə qayıdacam"

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib