"Rakuv"un hücumçusu: "Qarabağ" artıq bizə yuxarıdan-aşağı baxmayacaq"

"Rakuv"un hücumçusu: "Qarabağ" artıq bizə yuxarıdan-aşağı baxmayacaq"

"Fikrimcə, rəqib cavab oyununda bizə yuxarıdan-aşağı baxmayacaq. Artıq bilirlər ki, bizi məğlub etmək üçün daha əzmkar olmalıdırlar".

"Report"un məlumatına görə, bunu Polşa "Rakuv"unun futbolçusu Fabian Pyasetski Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Evdə Ağdam klubuna 3:2 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada qol vuran 28 yaşlı hücumçu komandasını çətin matçın gözlədiyini bildirib: "Şərtlər Polşadakından fəqli olacaq. Amma matça ciddi hazırlaşmışıq. İlk görüşü diqqətlə təhlil edib, mümkün qədər yaxşı nəticə çıxarmağa çalışmışıq".

Təcrübəli forvard ilk oyunda buraxılan qolların onlara problem yarada biləcəyini istisna etməyib: "Rəqibin necə oynayacağını, nəyə qadir olduğunu bilirdik. Düşünürəm ki, biz bunu bacardıq. Təəssüf ki, iki top buraxdıq. Amma minimal hesabla da olsa, qalib gəldik. "Qarabağ" evdə, doğma azarkeşləri önündə oynayacaq və ilk dəqiqələrdən bizə təzyiq göstərəcək. Ağıllı müdafiə olunub, şanslarımızdan istifadə etməliyik. Müəyyən planımız var. Yerinə yetirsək, qalib gələ bilərik".

O, hava Bakıdakı isti hava şəraitinə də toxunub: "Temperatur 30 dərəcə, rütubət isə 60 faizə yaxın olacaq. Keçən həftə bədənimizi yüksək temperatura alışdırmaq üçün neylonda məşq etmişik. Əlbəttə, şərtlər çətin olacaq. Lakin biz də mümkün qədər yaxşı hazırlaşmışıq. Hərarət təkcə meydanda deyil, on minlərlə azarkeşin yer alacağı tribunalarda da olacaq. Mətbuatda davamlı olaraq "Qarabağ"ın avrokuboklarda Polşa komandalarının əsl "cəllad"ı olduğu deyilir. Amma bu rəqibi keçə bilərik. İlk oyunda göstərdik ki, qorxacaq heç nəyimiz yoxdur. İndi Bakıda öz işimizi görməli və növbəti mərhələyə adlamalıyıq.

Futbolçu penalti zərbələrinin üzərinə çalışdıqlarını gizlətməyib: "İstər ölkə kuboku, istərsə də avrokubok oyunlarından əvvəl penaltilər seriyasına hazırlaşırıq. Ümid edək ki, məsələ 11 metrlik cərimə zərbələrinə qədər uzanmayacaq və hər şey əsas vaxtda həll olunacaq".

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakuv" oyunu saat 20:00-da başlayacaq.

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni, "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni, "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

Futbol
Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Futbol
"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

Futbol
Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Futbol
Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb