"Qarabağ"ın düşərgəsində olmuş məşqçi: "Rakuv"u Bakıda son dərəcə həyəcanlı oyun gözləyir"

"Qarabağ"ın düşərgəsində olmuş məşqçi: "Rakuv"u Bakıda son dərəcə həyəcanlı oyun gözləyir"

"Evdə 3:2 hesablı qələbə yaxşı nəticədir. Amma bizi Bakıda son dərəcə həyəcanlı və gərgin oyun gözləyir".

"QELEBE.AZ"un məlumatına görə, bunları polşalı veteran futbolçu Dariuş Marjets "Rakuv"un evdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Veteran yarımmüdafiəçi cavab matçının çox çətin keçəcəyini bildirib: "Qurban Qurbanov buraya ən pis halda heç-heçə üçün gəlmişdi. Alınmadı, amma məndə olan məlumata görə, rəqib düşərgədə heç kim panikaya düşmür. Bir il əvvəl "Lex" də evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlsə də, revanş görüşündə böyük hesabla uduzmuşdu - 1:5. Gələn həftə Polşa çempionunu həqiqətən həyəcanlı axşam gözləyir. Şvarqanın sakitliyindən və ideyalarından çox şey asılıdır".

2022-ci ildə "Qarabağ"da təcrübə keçmiş mütəxəssis Qurban Qurbanov 15 ildir komandaya rəhbərlik etdiyini xatırladıb: "O, inandığı insanlarla işləyir. Komandanın tərkibi, təbii ki, dəyişir, amma hər şey düşünülmüş şəkildə olur. "Qarabağ"ın heyətində hər zaman bərabər səviyyəli oyunçular olur. Nə danışdığımı bilirəm, çünki bir həftə ərzində məşqləriniz izlədim. Həqiqətən əvəzedicilər hazırlıq zamanı əsas oyunçulardan fərqlənmirdilər. Hər məşqdə Qurbanovun dəqiq fikri olduğunu görmək çətin deyildi. "Qarabağ" rəqiblərinə əsasən, 1-4-3-3 və ya 1-4-2-3-1 taktiki sxemilə oynayır. Baş məşqçi öz oyun üslubunu futbolçulara aşılamağa çalışır və ildən-ilə əla nəticələr verir".

Qeyd edək ki, "Qarabağ" və "Rakuv" arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Futbol
“Qarabağ” Avropada rekord vurub

“Qarabağ” Avropada rekord vurub

Futbol
"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

Futbol
Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib