"Qəbələ" ilk oyunda Kipr klubuna məğlub olub - YENİLƏNİB - 9

"Qəbələ" ilk oyunda Kipr klubuna məğlub olub   - YENİLƏNİB - 9

"Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr "Omoniya"sını qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.

Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib. O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 62-ci dəqiqədə Əyyub Əllaş özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub.

Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

Foto: Firudin Səlimov

21:45

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabda önə keçiblər.

82-ci dəqiqədə Roman Bezus penaltini dəqiq yerinə yetirməklə het-trik edib.

21:25

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

Əyyub Əllaş 62-ci dəqiqədə özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

21:13

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabda önə keçiblər - 2:1.

50-ci dəqiqədə Roman Bezus ikinci dəfə cərimə zərbəsini dəqiq yerinə yetirib.

21:08

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hələlik hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş 2-ci dəqiqədə hesabı açıb. Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.

20:51

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tərəfər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş 2-ci dəqiqədə hesabı açıb. Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.

20:47

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib.

Roman Bezus 45+1-ci dəqiqədə fərqlənib.

20:06

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda erkən qol vurulub.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.

Əyyub Əllaş qonaqları məyus edib.

20:00

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü rumıniyalı Andrey Çivulete idarə edir. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

18:59

Qəbələdə eyniadlı komanda ilə Kipr "Omoniya"sı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün heyətlər müəyyənləşib.

"QELEBE.AZ"un bölgəyə ezam olunmuş əməkdaşı xəbəri verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Urfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Əllaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla

Baş məşqçi: Elmar Baxşıyev

"Omoniya": 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyos Sipriano, 31. Yoannis Kusulos, 8. Moretu Kassama, 10. Loizos Loizu, 90. Roman Bezus, 7. Villi Semedu, 18. Kərim Ansarifard

Baş məşqçi: Sofronis Avqusti

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Futbol
Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

Futbol
"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

Futbol
Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?