“Jelezniçar”ın baş məşqçisi: “Neftçi” texniki cəhətdən mükəmməldir"

“Jelezniçar”ın baş məşqçisi: “Neftçi” texniki cəhətdən mükəmməldir"

“Neftçi” texniki cəhətdən mükəmməldir. Onların 7-8 milli üzvü var”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun baş məşqçisi Nermin Başiç “Neftçi”yə qarşı evdə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis həmkarı Adrian Mutunun Azərbaycan klubunun baş məşqçisi postuna yeni təyin olunduğunu vurğulayıb: “Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur. Onlar 9 dəfə ölkələrində çempion olublar. Amma buna aldanmayacağıq. Baş məşqçiləri də tanınmış simadır. Mutu hücum futbolunu sevir. Bu matça hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik. Bizim isə heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna rəğmən pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.

“Jelezniçar”ın futbolçusu Suleyman Krpiç də güclü rəqiblə qarşılaşacaqlarını söyləyib: “Komandada ab-hava müsbətdir, baş məşqçi müsbət şeylər gətirib. Sabah qarşı tərəfdə bizi çox keyfiyyətli komanda gözləyir. Düşünürəm ki, meydana çıxaraq, 200 faiz gücümüzü ortaya qoymalıyıq”.

Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

Futbol
Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Futbol
Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq