Elmar Baxşıyev: "Omoniya" yaxşı komandadır, amma bizi öz oyunumuz maraqlandırır"

Elmar Baxşıyev: "Omoniya" yaxşı komandadır, amma bizi öz oyunumuz maraqlandırır"

"Rəqib çox yaxşı təşkilatlanmış komandadır. Amma məni daha çox öz oyunumuz maraqlandırır".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis komandasının əlindən gələni edəcəyinə və yaxşı nəticə qazanacağına inandığını bildirib: "İstəyimiz daim hücumda olmaqdır. Ancaq müdafiəsiz hücum yoxdur. Lazımi nəticəni əldə etmək üçün hər iki cəhətdən daha yaxşı olmalıyıq".

Ötən mövsümün sonunda bir çox futbolçunun komandanı tərk etdiyini xatırladan çalışdırıcı bunun normal hal olduğunu söyləyib: "İstənilən vəziyyətə hazır olmalısınız. Bu, hər bir komandanın başına gələ bilər. Keçmişlə yaşamaq istəmirik. Heyət tam komplektləşib. Hər oyunda komanda mənə istədiyimi verməyə çalışır. Keçən ildən daha yaxşı və daha iddialı olacağımıza inanıram. Ən yaxşı "Qəbələ"ni görəcəksiniz".

Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Futbol
Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

Futbol
Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Futbol
Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"