Musa Qurbanlı: “Debüt üçün yaxşı gün deyildi”

Musa Qurbanlı: “Debüt üçün yaxşı gün deyildi”

“Debüt üçün heç də yaxşı gün deyildi”.

“QELEBE.AZ” “aftonbladet.se” saytına istinadən məlumatına görə, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının XVI turunda “Elfsborq”la keçirilən oyun barədə danışarkən deyib.

0:4 hesabı ilə məğlub olduqları qarşılaşmanın 57-ci dəqiqəsində meydana daxil olan 21 yaşlı hücumçu daha güclü olacaqlarına inandığını bildirib: “Meydana girəndə azarkeşlərin dəstəyini gördüm, çox xoşbəxt oldum. Belə sevgi görəndə fanatlar üçün mübarizə aparmaq, əlimdən gələni etmək istəyirəm. Əlbəttə ki, nəticə hamımızı üzdü. Debüt matçında qələbə qazanmağı çox istəyirdim. Oyundan əvvəl ayağımda ağrı hiss etmişdim və bunu fizioterapevtə demişdim. Məncə, növbəti matça yüz faiz hazır olacağam. Komanda olaraq daha güclü qayıdacağıq”.

O, “Yurqorden”ə yeni qoşulduğu zaman klubun U-19 komandası ilə məşqə qoşulmasını yanlış addım hesab edib: “İlk həftədə özüm fərdi məşq keçmək istəyirdim. U-19 da həmin yerdə məşq edirdi. Məndən komanda ilə birgə məşq etməyi istəyib-istəmədiyimi soruşdular, razılaşdım. Ancaq bu, plana uyğun deyildi. Yəqin ki, yaxşı fikir olmadı. Bakıdan buraya uzun yol qət etmişdim. Bəlkə də, bir az səbirli davranmalı idim. Növbəti qarşılaşmalara daha yaxşı hazırlaşacağam”.

M.Qurbanlı “Yurqorden”i seçməsinin səbəbini də izah edib: “Yurqorden”in doğru seçim olduğunu hiss edirdim. Çünki oyun üslubuma uyğun komandadır. İnanıram ki, həm mənim, həm də komandam üçün daha yaxşı olacaq. Komandamın qələbələrinə kömək etməyə çalışacağam”.

Qeyd edək ki, yay fasiləsində “Qarabağ”dan transfer edilən Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Futbol
İranda tanınmış futbolçular tutulub

İranda tanınmış futbolçular tutulub

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq