Azərbaycanın basketbol yığması Avropa çempionatında yarımfinala yüksəlib
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, yığma B qrupundakı son oyununda yerli komandanı məğlub edərək buna nail olub.
Gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub.
Qızlar yarımfinalda Gürcüstanla qarşılaşacaqlar. İyulun 22-də baş tutacaq matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

https://qelebe.az//uploads/photo/azerbaycanin-basketbol-yigmasi-avropa-chempionatinda-yarimfinala-yukselib.webp











