Mahir Emreli: "Yeni imkanlar uğrunda mübarizə aparmaq üçün "Dinamo"ya qayıtdım"

Mahir Emreli: "Yeni imkanlar uğrunda mübarizə aparmaq üçün "Dinamo"ya qayıtdım"

"Dinamo"nu, Zaqrebi sevirəm. Türkiyədə müəyyən təcrübə qazandım və yeni imkanlar uğrunda mübarizə aparmaq üçün buraya qayıtdım".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya mətbuatına açıqlamasında deyib.

26 yaşlı hücumçu yanvardan bu yana komandada bəzi yeniliklər olduğunu bildirib: "İlk növbədə baş məşqçi və heyət dəyişib. Təbii ki, çoxlu tanış simalar və köhnə oyunçular var. Lakin yeni istedadlı oyunçular da çoxdur".

İlin əvvəlində icarə əsasında Türkiyə "Konyaspor"una keçməsinə toxunan forvard bu məsələdə "Dinamo"nun sabiq baş məşqçisi Ante Çaçinin rolu olduğunu gizlətməyib: "Başqaları - azarkeşlər, media sənin haqqında müsbət fikir bildirə bilər. Amma əsas baş məşqçinin düşüncələridir. Həmin vaxt Çaçinin planlarına daxil olmadığım üçün icarə əsasında hansısa komandaya getməyə qərar verdim. Çünki oyun praktikası hər bir futbolçu üçün önəmlidir".

Emreli Çaçinin qərarına görə narahat olmadığını vurğulayıb: "Futbolçu həyatı belədir. Təbii ki, məqsədim "Dinamo"da qalıb rəqabət aparmaq idi. Bu klubun necə iddialı olduğunu bilirəm. Mənim üçün "Dinamo"da oynamaqdan əla heç nə ola bilməz. Amma ön planda olmayanda özünə baxmalı və ən yaxşı həll yolu axtarmalısan. Hər halda, artıq həmin dövr geridə qaldı. Yeni baş məşqçimiz və özümü sübut etmək üçün yeni şansım var. Məni bu kluba gətirən insanların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm".

"Konyaspor"dakı çıxışını dəyərləndirən futbolçunun sözlərinə görə, daha yaxşısını etmək olardı: "Mən ora gedəndə yeni baş məşqçi gəlmişdi, klub çətin vəziyyətdə idi, uzun müddət qələbə qazana bilmirdi. Təlim-məşq toplanışı keçməmişdim. Bu səbəbdən komanda yoldaşlarımı yaxşı tanımırdım. Superliqa həqiqətən güclü və rəqabətlidir. Çox oynasam və daha yaxşı statistikaya sahib olsaydım, lap xoşbəxt olardım. Mövsümün sonunda hər şey qaydasına düşməyə başladı. Ümumiyyətlə, həyatımda heç nəyə görə peşman deyiləm. Bütün bunlar məni nəinki daha yaxşı və güclü oyunçu, həm də insan edən təcrübədir".

O, Zaqreb klubunun təlim-məşq toplanışına vaxtından əvvəl qayıtmasının səbəbini də açıqlayıb: "Qısa məzuniyyətim var idi. Toplanışa mümkün qədər tez qoşulmaq istəyirdim ki, yeni baş məşqçi İqor Bişçan məni, məni tanıya bilsin. O, keçmiş futbolçu, indi isə böyük məşqçidir. Bundan əlavə, klubun əfsanəsi, parlaq karyerası olan oyunçudur. Ona böyük hörmətim var. Oyunçuları başa düşür və bu, bizə çox kömək edir. Məşqlər çətin, eyni zamanda əyləncəlidir. Topla çox işləyirik. Mən də hamı kimi onun futbola baxışından və məşqindən razıyam. Ümid edirəm ki, hazırlıqdan sonra məşqçinin bütün istəklərini mümkün qədər yaxşı başa düşəcəyik. O, bizdən sürətli, aqressiv oyun və hücum futbolu tələb edir".

Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq "Dinamo" bu raundda "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Emreli "Hansı komanda ilə qarşılaşmağı daha çox istərdiniz" sualına bu cür cavab verib: "Favoritim yoxdur. Əsas odur ki, biz öz oyunumuzu göstərək. Təbii ki, bunlar çətin rəqiblərdir. Çempionlar Liqasının seçmə mərhələsində asan komanda olmur. Bundan əlavə, Qazaxıstan və Gürcüstanda mövsüm davam edir. Odur ki, bu, həmin komandalar üçün cüzi üstünlükdür. Lakin biz özümüzə və keyfiyyətlərimizə inanırıq".

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Futbol
DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Futbol
Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Futbol
Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Futbol
Azərbaycanda işləmiş mütəxəssis İngiltərə klubunun müvəqqəti baş məşqçisi olub

Azərbaycanda işləmiş mütəxəssis İngiltərə klubunun müvəqqəti baş məşqçisi olub

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək