"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"
"Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi".
"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Qrupda daha 4 matçın qaldığını xatırladan 31 yaşlı yarımmüdafiəçi bu cür davam etməli olduqlarını bildirib: "Nant" böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu gün biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq".

https://qelebe.az//uploads/photo/qarabagin-futbolchusu-layiqli-qelebe-qazandiq.webp











