Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Peşəkar İdman və Tibb” kitabının təqdimatı olub

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Peşəkar İdman və Tibb” kitabının təqdimatı olub

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Peşəkar idman və tibb” kitabının təqdimatı keçirilib.

MOK-dan "QELEBE.AZ"a verilən məlumata görə, Ulu Öndərin xatirəsinə ithaf edilmiş kitabın yazılması ideyası, tibb və idman mövzusunun aktuallığı, peşəkar idmanın və tibbin Azərbaycanda əsas inkişaf tendesiyalarını əhatə edib.

"Peşəkar idman və tibb” kitabının müəllifləri olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov və Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, “Xarı Bülbül" Şuşa Voleybol klubunun prezidenti, dosent Fatma Hacıyevadır.

Təqdimatda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan tibbinin inkişafından və tibb elminin strukturunda idman təbabətinin yerindən bəhs edib. Çingiz Hüseynzadə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində reallaşdırılan bu layihənin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov idmanın tarixinin, onun cəmiyyətdəki mahiyyətinin, ölkəmizdə keçirilən ən mötəbər idman tədbirlərinin qələmə alındığı kitabın ideyasından danışıb.

Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri Fatma Hacıyeva kitabda peşəkar idmanın inkişafında tibbin rolunun şərh edildiyini bildirib. O qeyd edib ki, kitabda ən müxtəlif idman növləri üzrə çalışan peşəkar idmançılara göstərilən tibbi yardımın xüsusiyyətləri qələmə alınıb. Kitabın yazılmasında qarşıya qoyulan əsas prioritet məsələlər, istifadə edilən informasiya mənbələri Azərbaycan tibbinin inkişafı, tibb elminin strukturunda idman təbabətinin yerini əhatə edib.

MOK-un Ədalətli Oyunlar Komisiyasının sədri Xəzər İsayev, Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, Uşaq reabilitasiya mərkəzinin direktoru Nərgiz Əliyeva, ADBTİA-nın Tədris elmi laboratoriyasının aparıcı reabilitoloqu Hakim İbrahimov, AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, Taekvondo üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı Fəridə Əzizova Olimpiya Oyunları iştirakçılarının sağlamlıq məsələləriinin, onlara göstərilən tibbi yardımıın xüsusiyyətlərinin araşdırıldığı kitab haqda fikir bildiriblər

Qeyd edək ki, kitabın rəyçiləri MOK-un Ədalətli Oyunlar Komisiyasının sədri Xəzər İsayev, Reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərovdur.

Fərdi
Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Fərdi
Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

Fərdi
Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Fərdi
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Fərdi
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Fərdi
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar