Məhəmməd Abdullayev Avropa Oyunlarında yarımfinala yüksəlib – YENİLƏNİB-3

Məhəmməd Abdullayev Avropa Oyunlarında yarımfinala yüksəlib – YENİLƏNİB-3

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.

"Report"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.

Görüş boksçumuzun qələbəsi ilə başa çatıb.

Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməddən öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirib.

Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.

22:32

Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb. Dünya çempionatının mükafatçısı 1/4 finalda Makan-Vie Traore (Fransa) ilə qarşılaşıb.

"Report"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, döyüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Fransalı boksçu 3:2 (28:29, 30:27, 30:27, 29:28, 27:30) hesabı ilə qalib gəldiyindən Sərxan yarışda çıxışını bitirib.

Qeyd edək ki, bu gün daha 1 boksçumuz 1/4 final döyüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasu (Yunanıstan) sınağa çəkəcək.

21:18

Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında çıxışını başa vurub.

“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Fransa təmsilçisi Amina Zidaniyə məğlub olaraq, yarımfinala adlaya bilməyib.

O, hər üç raundda rəqibinə yenilərək, 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Qeyd edək ki, kişi boksçu Murad Allahverdiyev (80 kq) yarımfinala yüksəlməklə həm medalı təmin edib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

17:46

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib.

“Report”un məlumatına görə, 21 yaşlı idmançı yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.

M.Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Boksçu ilk “dördlüy”ə yüksəldiyi üçün Paris-2024 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb. Bu, boks üzrə Azərbaycan millisinin Fransada təşkil olunacaq olimpiadaya ilk vəsiqəsidir.

Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Azərbaycan boksçusunun final yolundakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır