Güləş üzrə Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək

Güləş üzrə Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək

Güləş üzrə Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək.

"QELEBE.AZ" xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirin yekununda gələn il keçiriləcək lisenziya turnirlərini təşkil edəcək şəhərlər müəyyənləşib.

Aprelin 4-dən 7-dək keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turnirinin təşkilinə namizədliyini irəli sürən şəhərlər Bakı, Tbilisi, Roma, Skopye və Varşava idi. Yekunda paytaxtımız bu məsul yarışı keçirməyə haqq qazanıb. Beləliklə, apreldə Avropa güləşçiləri məhz Bakıda keçiriləcək yarışda hər olimpiya çəkisində 2 lisenziya uğrunda mübarizə aparacaq. Bu yarışın Milli Gimnastika Arenasında keçirilməsi nəzərdə tutulub.

İclasda qəbul edilən digər qərarlara əsasən, Pan-Amerikan Təsnifat turniri 15-17 martda Akapulkoda (Meksika), Afrika-Okeaniya Təsnifat turniri 22-24 martda Qahirədə (Misir), Asiya Olimpiya Təsnifat turniri isə 12-14 apreldə Bişkekdə (Qırğızıstan) baş tutacaq.

Bütün qitə təsnifat yarışlarında hər çəkidə 2 güləşçi Paris-2024-də iştirak hüququ qazanacaq. Yalnız son lisenziya yarışı sayılan Dünya Olimpiya Təsnifat turnirində hər çəkidə 3 idmançı Olimpiadaya vəsiqə əldə edəcək. Bu yarış isə mayın 9-dan 12-dək İstanbulda keçiriləcək.

Xatırladaq ki, güləşdə ilk lisenziya yarışı bu il 16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək dünya çempionatıdır. Mundialda hər olimpiya çəkisində 5 güləşçi ölkəsinə lisenziya qazandıracaq. Ümumilikdə DÇ-də 90, qitə təsnifat turnirlərində 144 (hər birində 36), nəhayət Dünya Təsnifat turnirində 54 olimpiya vəsiqəsi öz sahibini tapacaq.

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Fərdi
Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi
Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"

Balabəy Ağayev: "Paris olimpiadasında qızıl medal qazanmağı hədəfləyirəm"